Qadınlarda “Balzak yaşı”, kişilərdə isə “40 yaş sindromu” adlanan bu yaş dövrü istər qadınlarda, istərsə də kişilərdə müəyyən mənada narahatlıq doğurmaya başlayır.
Qadınlar 40 yaşından sonra bəyənilməmə qorxusu yaşayırlar və ekspertlər 35-45 aralığındakı zərif cinsin 40 yaş sindromuna yaxalanmaları ehtimalını daha real hesab edirlər. Kişilər isə sözün həqiqi mənasında, özlərini buraxırlar, kökəlmə, bəzi mənəvi sapıntılar bu yaşdan sonra baş verir.
Bəs, 40 yaşına çatan orqanizmi bu yaşdan sonra hansı xəstəliklər gözləyir?
Bəzən idarəsində çətinlik çəkdiyimiz bədən orqanları məhz 40 yaşdan sonra bizə hansı sürprizləri hazırlayır? Qidalanmamıza necə diqqət etməli və özümüzü nələrə hazırlamalıyıq?
Bizim.Media olaraq mövzu ilə bağlı yaranmış suallara aydınlıq gətirmək qərarına gəldik.
“40 yaşına qədər insan bədənində yaranan hüceyrələrin sayı ilə ölən hüceyrələrin sayı bərabər olur. 40 yaşından sonra isə ölən hüceyrlərin sayı çoxalmağa başlayır. Bu isə o deməkdir ki, insan orqanizmində enerji itkisi baş verməyə başlayır”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında həkim-teropeft Rasif Bağırov söyləyib.
Ekspertin sözlərinə görə məhz 40 yaşdan sonra maddələr mübadiləsi pozğunluqları başlayır ki, bu da asanlıqla onkoloji problemlərə çevirilə bilir.
“40 yaşdan sonra orqanizm asanlıqla minerallar və vitaminlər itirməyə başlayır ki, bunun nəticəsində də insanlarda ətraf mühitin təsirinə və stressə qarşı dözümlülük zəifləyir”.
Ekspert 40 yaşdan sonra insanlarda ən çox rast gəlinən xəstəliklərin məhz ürək-damar xəstəlikləri olduğunu vurğuladı.
Qadınların Balzak sindromuna gəlincə isə ekspert bunun bir çox səbəbləri olduğunu izah edib:
“İlk öncə qadınların bu yaşdan sonra ana olmaq ehtimalı azalır. Bu ilk öncə estrogen hormonunun 50 faizdən çox aşağı düşməsi ilə əlaqədardır.40 yaşdan sonra qadın bədəni klimaks dövrünə hazırlaşır və klimaks dövründə qadınlar kifayət qədər həssas olmağa başlayırlar. Bu bir çox hallarda 40 yaşdan sonrakı dövr qadınlarda əksiklik hissinin artması, güvənsizlik və stress ilə müşayət olunur”.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
COP29
11:00 / 30.05.2022
40 yaşdan sonra nə baş verir? – QADIN və KİŞİ fərqləri
Hazırda oxunan: 40 yaşdan sonra nə baş verir? – QADIN və KİŞİ fərqləri
Hazırda oxunan: 40 yaşdan sonra nə baş verir? – QADIN və KİŞİ fərqləri
76804
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.