“42 yaşdan aşağı olanların meymunçiçəyinə yoluxma ehtimalı böyükdür” – Professordan SOS

“42 yaşdan aşağı olanların meymunçiçəyinə yoluxma ehtimalı böyükdür” – Professordan SOS

Hazırda oxunan: “42 yaşdan aşağı olanların meymunçiçəyinə yoluxma ehtimalı böyükdür” – Professordan SOS

76052

“Azərbaycanda 42 yaşdan yuxarı şəxslərin hamısı suçiçəyinə qarşı peyvəndlidir. Ondan aşağı şəxslər isə peyvəndli deyil. Təbii çiçəyə qarşı peyvəndi olanlar meymunçiçəyinə ya yoluxmurlar, ya da yoluxduqda çox yüngül keçirirlər. Peyvəndi olmayanlar üçün isə problem qalır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Tibb elmləri dosenti, professor Adil Qeybulla suçiçəyinə qarşı Azərbaycanda peyvəndin olmadığı məsələsinə münasibət bildirərkən deyib:

“Meymunçiçəyi virusu da təbii suçiçəyi ailəsinə daxildir. İlk dəfə bu xəstəlik Konqo respublikasında baş qaldırıb. Amma  virusun identifikasiyası Danimarkanın Kopenhagen şəhərində keçirilib. Bu zonatik bir virusdur. Yəni heyvandan insana transfer edilir və əsasən kontakt yolu ilə həyata keçirilir. Çox az hava-damcı yolu ilə keçir. Suçiçəyi yer kürəsində ən dəhşətli pandemiyalardan biri, bəlkə də birincisi olub. Buna qarşı peyvənd kəşf edildikdən sonra məhz 1980-ci ildə artıq xəstəlik yoxa çıxdığı üçün peyvəndləmə də dayandırılıb”. 

Adil Qeybullanın fikrincə, Azərbaycanda sözügedən xəstəliyə qarşı peyvənd ehtiyatı yaradılmalıdır:
 

“Təkcə meymunçiçəyi deyil, təbii suçiçəyinin özü də baş qaldıra bilər. O baxımdan karantin və profilaktik tədbirlər görülməlidir.


Azərbaycan da indidən müəyyən tədbirlərə hazır olmalıdır. Sərhəd keçid zonalarında nəzarət gücləndirilməlidir. Xüsusi şöbələr ayrılmalıdır. Hər hansı yoluxma olarsa, xəstəni izolyasiya etmək və müalicəsini təmin etmək lazımdır. Xəstəlikdən qorxmaq, panikaya düşmək yox, hazırlıq işləri görmək və bundan mümkün qədər az itkilərlə çıxmaq haqqında stradegiyalar qurulmalıdır”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO