Parasetomol və Nimesil preparatlarının birlikdə istifadəsi ÖLÜM təhlükəsi yaradır - XƏBƏRDARLIQ 

Parasetomol və Nimesil preparatlarının birlikdə istifadəsi ÖLÜM təhlükəsi yaradır - XƏBƏRDARLIQ 

Hazırda oxunan: Parasetomol və Nimesil preparatlarının birlikdə istifadəsi ÖLÜM təhlükəsi yaradır - XƏBƏRDARLIQ 

74726

May ayının əvvəllərindən özünü büruzə verən soyuq hava və kəskin fəsil dəyişməsi bir çox insanın yuxarı tənəffüs yollarının infeksion xəstəliklərinə yoluxmasına səbəb olub. Belə ki, bu cür xəstəliklərlə baş-başa qaldığımızda əl atdığımız ilk dərmanlar Nimesil, Griphot, Teraflu və ya Tylolhot olur.

Mövsüm dəyişikliyi zamanı istifadə etdiyimiz bu dərmanlar nə dərəcədə immunitetə təsiredicidir yoxsa onlar kommersiya xarakteri daşıyır?

Bizim.Media-a danışan həkim-pediatr Elnur Məcidzadə bu kimi dərman preparatları eyni tərkibli, lakin fərqli kommersiya adları olan toz (paraşok) vasitələri olduğunu açıqlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu dərman satışdan çıxarıldı - APTEKLƏRDƏN YIĞIŞDIRILIR


“Əlbəttə ki, bu dərmanların istifadəsinə mən qarşı deyiləm, lakin məsələ burasındadır ki, qeyd etdiyim kimi subfebril (37,2-37,5 qızdırma) temperatur zamanı bu dərman vasitələrindən istifadə orqanizmdə seçici olmadan iltihabi prosseslərə tormozlayıcı təsir göstərir. Təbii ki fəsli infeksion xəstəliklər zamanı subfebril qızdırma orqanizmə fayda verir, makrofaqların, leykositlərin daha aktiv müdafiə mexanizmlərini işə salır. Əgər bu temperatur yaranmasa orqanizm bakteriyalarla lori dildə desək mübarizə apara bilməz”.

Həkim xəstələrə bol-bol C vitamini qəbul etməyi tövsiyə edir.

“İmmunitetə təsiri isə tərkibindəki Vitamin C vasitəsi ilə ola bilər. Bunun üçün isə paraşok içməyə ehtiyac yoxdur, həkim məsləhəti ilə, allergik reaksiya müşahidə edilmirsə və ya digər əks göstərişlər yoxdursa, Vitamin C tərkibli preparatlardan və ya daha yaxşı olardı ki, sitrus meyvələrindən istifadə edilsin”.

Həmçinin, nimesil və soyuqdəymə əleyhinə paraşokların birgə istifadəsi isə qətiyyən yolverilməzdir.

“İki qeyri-steroid iltihab əleyhinə preparatın (QSİƏP) birgə istifadəsi yolverilməzdir. Bunlardan biri paraminfenol (anilin) törəmələrindən olan Parasetamol hansı ki, paraşokların tərkibində 500 mg var və Araxidon turşusunun Siklooksigenaz-2 yolunun qeyri selektiv inhibitoru olan Nimesulid hansı ki, Nimesil, Efridol və s. adlarda apteklərdən satışa buraxılır. Parasetomol və Nimesil kimi preparatların bir istifadəsi orqanizm üçün olduqca təhlükəlidir”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO