"Azərbaycanda peyvəndlərin saxlanma şəraiti ilə bağlı bu günə qədər heç bir problem qeydə alınmayıb. Vaksinlərin lazımi şəraitdə saxlanması və əhaliyə vurulması yüksək səviyyədə davam edir".
Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycan üzrə koronavirus əleyhinə keçirilən vaksinasiya məntəqələrinin sayı kifayət qədərdir:
MÖVZU İLƏ BAĞLI:
“İnsanlar öz istəyi ilə dördüncü dozanı vurdura bilər” - TƏBİB RƏSMİSİ
"Regionlarda bu proses əhalinin sayına görə tənzimlənir. Əsas məqsəd əhalinin daha sürətli şəkildə bu prosesə qoşulmasıdır".
Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə qeyd edib ki, peyvənd məntəqələrində kifayət qədər soyuducular və ilk əvvəldən soyuq zəncir qurulub: "Dəstək olaraq və əlavə şəbəkənin genişləndirilməsi üçün avadanlıqların verilməsi zəruridir".
Bizim.Media