Dünyanın 1 nömrəli PƏHRİZİ hansıdır? – ÜSTÜN CƏHƏTLƏRİ

Dünyanın 1 nömrəli PƏHRİZİ hansıdır? – ÜSTÜN CƏHƏTLƏRİ

Hazırda oxunan: Dünyanın 1 nömrəli PƏHRİZİ hansıdır? – ÜSTÜN CƏHƏTLƏRİ

67659

Rəngləri və reseptləri ilə sizi çox sevindirəcək, arıqlama prosesində sizi əyləndirəcək, bəlkə də indiyə qədər sınadıqlarınız arasında ən çox həzz alacağınız pəhrizlə tanış olun. Son illərdə bütün dietoloqların sevimli pəhrizlərindən birinə çevrilən pəhrizlərdən birini təqdim edirik:

Aralıq dənizi pəhrizi

Bizim.Media xəbər verir ki, sözügedən pəhriz əslində 1960-cı illərdən İtaliya və Yunanıstanda tətbiq edilən bir qidalanma növüdür.

“Med” pəhrizi olaraq da bilinən bu pəhriz 1993-cü ildə Harvard Sağlamlıq Təşkilatı tərəfindən araşdırılmış və bir çox xəstəliyin müalicə prosesində bir qidalanma növü olaraq tövsiyə edilmişdir. 
Üstəlik, bununla bağlı "Aralıq dənizi pəhriz piramidası" yaradılıb. Bu piramidanın təməlində tərəvəz və meyvələr, zeytun yağı və dənli bitkilər, üzərində balıq və dəniz məhsulları, üstündə süd məhsulları, sonuncu yerdə toyuq əti və qırmızı ət var. Piramidadan da göründüyü kimi, bu növ qidalanma Aralıq dənizi mətbəxinin ən məşhur inqrediyentlərinə əsaslanır. Zeytun yağı, ətirli otlar, balıq və dəniz məhsulları, paxlalılar və zeytun bu pəhrizdə ən çox istehlak edəcəyiniz şeylər arasındadır. Digər pəhrizlərdən fərqli olaraq, qırmızı və ya ağ ətdən çox balıq istehlakını vurğulayır.

Aralıq dənizi pəhrizində nələr istehlak olunur?

Aralıq dənizi pəhrizində keyfiyyətli zeytun yağı, zeytun, turş xəmir, zeytun, pendir, xüsusilə yaşıl yarpaqlı tərəvəzlər, şəkəri az olan meyvələr, qoz-fındıq, paxlalılar və ən əsası balıq istehlak olunur. Bu pəhrizdə balıq mütləqdir.

Quş əti və qırmızı ətin digər pəhrizlərə nisbətən az miqdarda qəbul edilməsi və yumurta, qatıq, pendir kimi məhsulların qismən yeyilməsi “Aralıq dənizi pəhrizi”-ni fərqləndirən elementlər arasındadır. Həm də ağ çörək kimi taxıl dəyəri az olan qidaları həyatımızdan çıxarırıq.

“Aralıq dənizi pəhrizi” çoxlu zeytun yağı istehlak etdiyi üçün “ürəkdostu” pəhrizdir. Xüsusilə ürək xəstəliyi olan xəstələrə tövsiyə olunur. Süd və süd məhsulları çox istehlak edilmədiyi üçün bağırsaqlara ağırlıq gətirmir. Laktoza allergiyası olanlar tərəfindən asanlıqla məsləhət bilinən bir pəhrizdir. O, həmçinin bağırsaqların sağlam işləməsini dəstəkləyir.
Bundan əlavə, yüksək təzyiqi aşağı salmağa və pis xolesterini azaltmağa kömək edir. Həm də infarkt riskini minimuma endirir. Xərçənglə mübarizə aparan pəhriz kimi tanınır.

O, həm də sağlam şəkildə arıqlamağınıza kömək edir. Bu pəhrizə riayət etməzdən əvvəl mütləq dietoloq və ya həkiminizlə məsləhətləşməyiniz şərtdir.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO