"Hərdən mənə elə gəlir ki, dünyanın lap başında oturanların, yuxarıda olanların məqsədi odur ki, bütün bəşəriyyəti stress altında saxlasınlar. Mən ümumi teoriyalardan uzaq adamam. Amma ölüm dərəcəsi cəmi 1-2 % olan COVİD-19 ətrafında KİV vasitəsilə bütün dünyaya təbliğ olunan, mediada hay-küy qaldırılan kütləvi isterik reaksiyanı anlamıram".
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində həkim Qalib Əsədov yazıb.
O, başqa səbəbdən ölüm hallarının daha çox olduğunu xatırladıb:
"Bu il onkoloji xəstəlikdən ölənlərin ümumi sayı 8 milyon, özünə qəsd edənlərin sayı 1,1 milyon, avtoqəzada ölənlərin sayı 1,3 milyon, QİÇS-dən ölənlərin sayı 1,6 milyon, vərəmdən ölənlərin sayı 1,7 milyon, içkidən ölənlərin sayı 2,5 milyon, digər infeksion xəstəliklərdən ölənlərin sayı 12,7 milyon, COVİD 19-dan isə bu il ərzində ölənlərin sayı 1,7 milyon nəfərdir. Özünüz təhlil edin. Hansı xəstəlik daha çox insanı öldürüb? COVİD-19 ətrafındakı hay-küy bir ilə yaxındır ki, səngimək bilmir”.
Son dövrlər vaksinlər haqqında gəzən söhbətlərə insanların sevindiyini deyən həkim, elə bu anda Britaniyadakı mutasiyaya da münasibət bildirib:
"Britaniyada yeni mutasiya baş verib və yoluxuculuq qabiliyyəti çox yüksəkdir. KİV bu məlumatı tirajlamağa başladı. İnsanlar yenidən panikaya düşdülər".
"Mutasiya yeni bir şey deyil ki? Son 9 ayda dəfələrlə bu virus mutasiya olub, nəsə dəyişib? Və əgər bu mutasiya elə qorxuludursa və az müddətdə bütün Avropaya yayılıbsa, niyə təkcə Britaniya sərhədləri bağladı? Hətta deyirlər, Avstraliyaya qədər gedib, çıxıb. Bəs niyə digər ölkələr Britaniya kimi hərəkət etmədilər?"
"Niyə karantin tətbiq edilməyən ölkələrdə yoluxma və ölüm sayı daha azdır?”.
Qalib Əsədov ÜST-ün bir-birinə zidd bəyanatlarından da bəhs edib.
"O bəyanatları heç çür anlamıram. Qurumun Baş epidemioloqu Mariya Van Kirxhof karantinin lazım olmadığını deyir, Azərbaycandakı nümayəndəsi isə sərtləşməyin tərəfdarıdır. İnsanları panikada, təşviş içərisində saxlamaq kimə sərf edir?" deyə həkim fikrini sualla tamamlayıb.
Bizim.Media
- A-
- A
- A+
COP29
21:30 / 28.12.2020
Azərbaycanlı həkim: \"Ümumdünya Səhiyyə Təşkilatı bir-birinə zidd bəyanatlar verir\"
Hazırda oxunan: Azərbaycanlı həkim: \"Ümumdünya Səhiyyə Təşkilatı bir-birinə zidd bəyanatlar verir\"
Hazırda oxunan: Azərbaycanlı həkim: \"Ümumdünya Səhiyyə Təşkilatı bir-birinə zidd bəyanatlar verir\"
6658
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.