ÜST rəhbərindən dünya əhalisinin peyvənd olunması ilə bağlı AÇIQLAMA

ÜST rəhbərindən dünya əhalisinin peyvənd olunması ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: ÜST rəhbərindən dünya əhalisinin peyvənd olunması ilə bağlı AÇIQLAMA

66222

Dünyada koronavirusa yoluxma hallarının kəskin artması təhlükəsi peyvənd kampaniyası başa çatana qədər qalacaq.

Bizim.Media TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirdiyi brifinqdə deyib.

"ÜST-ün məqsədi bu ilin ortalarına qədər bütün ölkələrdə insanların 70%-nin peyvənd olunmasıdır", - deyə Tedros Adhanom Qebreyesus bildirib.

Baş direktor deyib ki, hazırda dünya əhalisinin üçdə biri peyvənd olunmayıb.

"Yüksək peyvəndləməyə nail olana qədər infeksiyaların artması və peyvəndin təsirindən yayınan yeni variantlarının ortaya çıxması riski ilə üzləşməyə davam edəcəyik", - deyə ÜST-ün rəhbəri qeyd edib.

Tedros Adhanom Qebreyesus xatırladıb ki, dünyada COVID-19-a yoluxma hallarının sayında artım davam edir, bunun səbəbi Asiyadakı geniş yayılma və Avropada yeni dalğadır.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO