Azərbaycanda martda 358 nəfər zəhərlənib, 4-ü ölüb

Azərbaycanda martda 358 nəfər zəhərlənib, 4-ü ölüb

Hazırda oxunan: Azərbaycanda martda 358 nəfər zəhərlənib, 4-ü ölüb

65507

Martın 1-dən bugünədək Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 358 nəfər müraciət edib.

Mərkəzin Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, onlardan 63-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb. 

Qəbul olan xəstələrdən 25-i dərmandan, 14-ü sirkə turşusundan, 5-i dəm qazından, 4-ü etil spirtindən zəhərlənib.

Digərlərindən 3-ü anaflaksiya səbəbindən, 4-ü allergik reaksiyadan, 8-i isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin 34-ü qadın, 24-ü kişi, 5-i uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 63 nəfərdən 4-ü (2 nəfər sirkə turşusundan, 1 nəfər etil spirtindən, 1 nəfər anaflaksiya səbəbindən) dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO