Daha 46 nəfər koronavirusdan vəfat etdi 

Daha 46 nəfər koronavirusdan vəfat etdi 

Hazırda oxunan: Daha 46 nəfər koronavirusdan vəfat etdi 

6128

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2334 yeni yoluxma faktı qeydə alınıb, 4461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 46 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 208 211  nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. 

Onlardan 151 660 nəfər müalicə olunaraq sağalıb, 2 340-ı vəfat edib, aktiv xəstə sayı 54 211-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 599, ötən müddət ərzində isə ümumilikdə 2 102 957 test aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO