Tez-tez geomaqnit qasırğalarının baş verməsi haqqında xəbərdarlıqlar alırıq. Bu maqnit qasırğaları günəş alovları nəticəsində yaranır. Qasırğaların insan orqanizminə təsiri də danılmazdır. Son iki ayda da bu qasırğaların artma tempi müşahidə olunur.
NASA-nın apardığı araşdırmalara görə, hazırda Günəşdən böyük parçaların qopması müşahidə olunsa da bu proses səngiməyə doğru gedir. Amma əvvəlki qopmaların yaratdığı maqnit qasırğaları bir neçə ay böyunca təsirini saxlayır. Çünki həmin qopmaların Yerə yaxınlaşma sürəti bir neçə ay boyunca davam edir.
MÖVZU İLƏ BAĞLI:
2030-cu ildə Marsda həyatın olub-olmadığı dəqiqləşəcək - NASA-dan 194 milyon dollarlıq MÜQAVİLƏ
NASA mütəxəssislərinin fikirncə, köhnə qopmalardan yaranmış maqnit dalğaları mart ayının sonuna, aprlel ayının ortalarına qədər davam edə bilər.
Bizim.Media rus endokrinoloq Yelena Juçkovanın verdiyi məlumata istinadən xəbər verir ki, maqnit qasırğaları zamanı bəzi insanlarda qan təzyiqinin yüksəlməsi, baş ağrıları, iş qabiliyyətinin azalması, narahatlıq və xroniki xəstəliklərin kəskinləşməsi müşahidə oluna bilər.
“Bundan başqa, qan laxtalanmasına meyl artır, toxuma hipoksiyası inkişaf edir, orqanizmdə qaz mübadiləsi azalır. Maqnit qasırğaları zamanı infarkt və insultların, hipertonik böhranlarının sayı artır və miqren şiddətlənir”, - deyə həkim qeyd edib.
Bəs geomaqnit qasırğaları zamanı qeyd olunan meteohəssas insanlar nə etməlidir?
"Kifayət qədər yuxu almaq, üzərinizdə olan yüklərdən qaçmaq, həmçinin iş və istirahət rejiminə riayət etmək vacibdir. Həkimə müraciət etməkdə də fayda var".
Mütəxəssislər eyni zamanda təmiz havada çox olmaq, gündə 5-10 km yürümək, çoxlu su içmək və qidalarda ölü məhsullardan imtina etməyi məsləhət görürlər. Həkimlər düşünür ki, bol vitaminli və PH-sı çox olan qidaları qəbul etməklə ürək tutmaları, hipertoniya kimi xəstəliklərdən özünü sığortalamaq olar.
Səkinə Yusibli, Bizim.Media