Koronavirus qripdən dəfələrlə ölümcüldür - ELMİ ARAŞDIRMA

Koronavirus qripdən dəfələrlə ölümcüldür - ELMİ ARAŞDIRMA

Hazırda oxunan: Koronavirus qripdən dəfələrlə ölümcüldür - ELMİ ARAŞDIRMA

5933

Koronavirusun mövsümi qripdən dəfələrlə ölümcül olduğu müəyyən edilib.

Bizim.Media “WebMD” tibbi portalına istinadən xəbər verir ki, müxtəlif ölkələrdə aparılan tədqiqatların nəticəsi bunu göstərib.

Mütəxəssislər ABŞ COVID-19 xəstəxanasına yerləşdirilən 3,6 mindən çox xəstə və 12,6 mindən çox qripdən müalicə alan insanlar haqqında məlumatları təhlil ediblər.

Hər iki qrupdakı şəxslərin orta yaş həddi 69 olub.

Koronavirus xəstələri arasında ölüm nisbəti 18,5 %, qrip xəstələri arasında isə 5,3 % müəyyənləşib. COVID-19 xəstələrində ölüm ehtimalı qrip xəstələrindən, təxminən beş dəfə çox olub.

Koronavirus infeksiyası olan xəstələr arasında ən yüksək ölüm riski 75 yaşdan yuxarı, həmçinin böyrək xəstəliyi, diabet və piylənmə xəstələrində müşahidə edilib. Bundan əlavə, qaradərililərin ölmə ehtimalı daha yüksək olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO