Azərbaycanda yoluxma sayı 2400-ü keçdi - 13 nəfər vəfat etdi

Azərbaycanda yoluxma sayı 2400-ü keçdi - 13 nəfər vəfat etdi

Hazırda oxunan: Azərbaycanda yoluxma sayı 2400-ü keçdi - 13 nəfər vəfat etdi

57109

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 468 yeni yoluxma faktı qeydə alınıb, 5 197 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 636 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 617 791 nəfər müalicə olunaraq sağalıb, 8 632 nəfər vəfat edib, aktiv xəstə sayı 10533 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 525, ötən müddət ərzində isə ümumilikdə 6 081 949 test aparılıb.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO