Həkimlərin xəttini niyə OXUYA BİLMİRİK? – Maraqlı SƏBƏBLƏR

Həkimlərin xəttini niyə OXUYA BİLMİRİK? – Maraqlı SƏBƏBLƏR

Hazırda oxunan: Həkimlərin xəttini niyə OXUYA BİLMİRİK? – Maraqlı SƏBƏBLƏR

52916

Həkimlərin xəttinin qəribə və anlaşıqlı olmaması illərdir ki, aktual olaraq qalır. Xalq arasında hələ də təccüb yaradan bu məsələnin doğru-dürüst açıqlaması belə yoxdur. Maraqlısı budur ki, həkimlərin qarışıq və oxunmaz xəttinin səbəbi heç özlərinə də məlum deyil. Əksəriyyəti bunu universitet zamanı mühazirə deyən müəllimin sürətli yazı yazdırması ilə əlaqələndirir. Amma demək olar ki, bir çox ali təhsil ocağında Stenoqrafiya keçilir ki, tələbələr bu tədris vasitəsilə sürətli yazı qabiliyyətinə malik ola və vərdiş edə bilirlər. 

Demək ki, həkimlərin pis xəttlərinin səbəbi bu deyil.

Bəs nədir?   

Tanınmış terapevt-həkim Rasif Bağırov Bizim.Media-ya açıqlamasında sözügedən məsələ ilə bağlı maraqlı fikir bildirib:

MÖVZU İLƏ BAĞLI:

Koronavirusun yeni növü: “Delimikron” daha yolxucudur

“Bəzən xəstənin çoxluğundan resept tələsik yazılır və xətt qarışır. Həkim çalışır ki, növbədə onu gözləyən bütün xəstələrə vaxtını çatdırsın. Amma apteklər professionaldır və gündəlik təkrar gələn reseptləri oxumaqda çətinlik çəkmirlər. Biz özümüz başqa həkimlərin xəttini oxuya bilmirik, amma apteklərdə resept yaxşı oxunur. Bəzi həkimlər bilərəkdən elə yazır ki, onun xəttini oxumaq mümkün olmasın. Digər əsas məsələ isə həkimlərin qocalanda xəttinin dəyişmsidir.

Elə bir həkim yoxdur ki, yaşlaşanda xətti dəyişməsin. Çünki istənilən həkimin boyun fəqərələrində osteoxondroz yaranır. Bu əlamət yaranan kimi əllərdə əsmə baş verir. Nə qədər düz yazmağa çalışsan da, hərflər müxtəlif formaya düşür”.
Rasif Bağırov həkim xətlərinin qarşıq olma səbəbinin sürətli leksiya ilə əlaqələndirilməsi fikri ilə razılaşmayıb:

“Bütün universitetlərdə leksiya sürətli deyilir. Heç bir universitetdə imla yazdırılmır ki... Bu, düzgün yanaşma deyil. Məsələn, mən gənc vaxtlarımda yazdığım reseptlə indi verdiyim resept arasında bir qədər fərq var. Orqanizmdə gedən hansısa dəyişikliklər mütləq ki, onun imzasına və xəttinə təsir edir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO