Azərbaycan koronavirusun aşkarlanması üçün istifadə olunan ekspress testlərdən imtina etdi

Azərbaycan koronavirusun aşkarlanması üçün istifadə olunan ekspress testlərdən imtina etdi

Hazırda oxunan: Azərbaycan koronavirusun aşkarlanması üçün istifadə olunan ekspress testlərdən imtina etdi

5134

"Ekspress testlərdən bütün dünyada istifadə olunur. Lakin onların dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir. Azərbaycan da bu testləri sınaqdan keçirib.

Sınaq zamanı məlum olub ki, sözügedən testlər virus yükü aşağı olan, yeni yoluxmuş və ya sağalma dönəmində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər".

Bizim.Media-ya bu haqda TƏBİB-in yaydığı məlumatda bildirilib. 

"Bu səbəbdən həmin testlərin istifadəsindən imtina olunub. Və hazırda ölkəmizdə təsdiqləyici test kimi PZR testləri qəbul edilib. Çünki, bu testlər ÜST tərəfindən koronavirusu aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilib.

Bununla belə, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb. Bu, hər kəsin şəxsi istəyinə bağlı məsələdir. Ümumiyyətlə, bu cür ekspress testlərdən bir çox xəstəliklərdə istifadə edilə bilər.

Məlumat üçün bildirək ki, ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin ölkəmizə gətirilməsi Tibbi Ərazi Bölmələrini İdarətetmə Birliyinin (TƏBİB) səlahiyətində deyil", - açıqlamada qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO