Azərbaycanda daha bir dərman vasitəsinin istifadəsi qadağan olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qərar qəbul edib.
MÖVZU İLƏ BAĞLI:
Cənub qonşumuzda dərman qıtlığı yaranıb - Apteklər boşdur...
Qərara əsasən, 028361 seriya ilə buraxılmış son istifadə tarixi 05.2023 olan “Fosfalyugel” ticarət adlı aluminium phosphate gel 20%, daxilə qəbul edilən gel 16 q №20 paketlərdə (saşe) dərman vasitəsi geri çağırılıb.
Qeyd edək ki, bundan əvvəl “5-NOK®” ticarət adlı nitroxoline - 50 mg tərkibli örtüklü tabletlər və “Hartil®-D” ticari adlı ramipril / hydrochlorothiazide - 2.5 mg/12.5 mg tərkibli tabletlər də geri çağırılmışdı.
Bizim.Media