Buzun dəri üçün faydaları - Qırışları azaldır və...

Buzun dəri üçün faydaları - Qırışları azaldır və...

Hazırda oxunan: Buzun dəri üçün faydaları - Qırışları azaldır və...

50343

Düşündüyünüzün əksinə olaraq , buz yalnız sərinləmək üçün istifadə edilmir. Dəriniz üçün istifadə etdiyiniz zaman bir çox problemin öhdəsindən gələ bilərsiniz.

Buzun bu inanılmaz istifadə üsullarını öyrəndikdən sonra, ümumi dəri problemləri ilə məşğul olmaq üçün gözəllik rutininizə buzu əlavə edəcəyinizə şübhəmiz yoxdur.

Bizim.Media olaraq buzun dərimiz üçün hansı faydaları olduğunu təqdim edirik.

Sızanaq və səpkiləri azaldır

Buz ən məşhur istifadə sahələrindən biri də sızanaqların müalicəsidir. Gündəlik həyatımızda zədə və səpgilərdə şişkinliyi azaltmaq üçün buzdan da istifadə edirik. Sızanaq da kiçik bir zədədir.

Bu səbəblə xüsusilə də kistik sızanaqlarınız varsa buzla dərinizi rahatlaşdıra bilərsiniz. Amma unutmayın ki, sızanaqlar həssas və bakteriya ilə doludur və dərinizə buz çəkərkən diqqətli olun.

Qan dövranını artıraraq dəriyə rəng verir

Dərinizi makiyajla canlı tutmağa çalışsanız da, bir müddət sonra solğunluq yenidən görünəcək. Bu halda, buzu gündəlik qulluq rutininizə daxil edə bilərsiniz. Səhər duranda üzünüzə buz çəkin, soyuq qan dövranını artıracaq və qanla dərinizə rəng qatacaq.

Makiyajınızı tətbiq etməzdən dərhal əvvəl tətbiq etsəniz, təbii işıqlandırıcı təsir göstərəcəkdir.

Günəş yanığını azaldır

Günəş yanığı yalnız çox ağrılı deyil, həm də dərinizin keyfiyyətini pisləşdirə bilər. Bu vəziyyətdə Aloe vera və buz kubları ən yaxşı vasitələrdən biri olacaq. Aloe vera yoxdur? Təmiz xiyardan hazırlanmış buz kublarını sınayın. Xiyarın tərkibindəki antioksidant və C vitamini yaranızı sağaldacaq və ağrılarınızı yüngülləşdirəcək.

Gözlərin şişini azaldır

Buz kubları səhərlər şişkin gözlərdən xilas olmaq üçün ən yaxşı vasitədir. Yorğun gözlərinizi süddən və ya yaşıl çaydan hazırlanmış buz küpləri ilə sakitləşdirə bilərsiniz. Ancaq unutmayın ki, göz ətrafınız həssasdır, ona görə də buza çox toxunmamalısınız.

Qırışıqları azaldır

Yaşlandıqca üzdə yaranan qırışlar təəssüf ki, qaçınılmazdır. Ancaq dərinizi nəm saxlayaraq qırışların görünməsini mütləq gecikdirə bilərsiniz. Buz dərini sıxır və dərinizdəki nəmi bağlayır. Əgər 40 yaşınıza yaxınlaşırsınızsa, buz ilə dostluq etməyə başlasanız yaxşı olar.

Yağlı dəriyə faydalıdır

Yağlı dəri ən çox narahat edən dəri problemlərindən biridir. Bu, üzünüzdəki yağın mütəmadi olaraq silinməli olduğunu göstərir. Ancaq narahat olmayın, sizə lazım olan tək şey buz kublarıdır. Dərinizə buz sürtməklə, yağ ifrazınızı azalda və dərinizi təravətləndirə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO