Uşaqların boğazında ÇÖP QALMA doğrudur, yoxsa... - Pediatrdan AÇIQLAMA

Uşaqların boğazında ÇÖP QALMA doğrudur, yoxsa... - Pediatrdan AÇIQLAMA

Hazırda oxunan: Uşaqların boğazında ÇÖP QALMA doğrudur, yoxsa... - Pediatrdan AÇIQLAMA

49321

Son günlərdə sosial şəbəkələrdə qalmaqal yaradan “çöp-çöpçü” mövzusu yenidən gündəmdədir. Kimi çöpçüyə inanır, kimi isə inanan şəxsləri qınaq obyektinə çevirir. Bəs görəsən hər iki tərəfdən hansı biri haqlıdır? Çöp deyə nəsnə həqiqətən varmı?

Bizim.Media olaraq sualımızı pediatr-reanimatoloq Qoşqar İsmayılova ünvanladıq. Doktor çöpün həqiqət olduğunu bildirdi:

MÖVZU İLƏ BAĞLI:

Bu il Azərbaycanda “SPİD”ə yoluxanların sayı 522 nəfər artıb – Bu xəstələr COVİD-dən necə qorunur?


“Hər bir uşağın badəmciklərinin altında xüsusi ciblər olur. Bu ciblər bəzi uşaqlarda normadan böyük ola bilir. 1 yaşdan sonra müəyyən yeməkləri qəbul edən 10 uşaqdan birində yemək artıqları, qabıqlar həmin ciblərdə ilişib qala bilir. Bu da el deyimi ilə desək, çöp adlandırılır. Və əksər insanlar inanmasalar da “çöp” həqiqətən var”.

Doktor həmçinin boğazında çöp qalan uşaqlarda müşahidə olunan simptomları, şikayətləri diqqətə çatdırıb:

“Çöpə adətən anginaya meyilli uşaqlarda daha çox rast gəlinir. Onlarda qızdırma, qusma, burnunun qaşınması, boğazda ağrı və digər simptomlar müşahidə olunur”.

Pediatr Qoşqar İsmayılov bu hallarda valideynlərin “çöpçü”yə deyil, həkimə müraciət etməsinin vacibliyini də vurğulayıb:

“Belə bir hallarda mütləq şəkildə uşaq pediatr yanına aparılmalıdır. Uşaqlar infeksiyaya həssas olduqları üçün anında çöpçüdən uşağa müxtəlif infeksion xəstəliklər keçə bilər. Çox asanlıqla infeksiya qırtlaq, udlaq arxası zonaya keçə və uşaq üçün problem yarana bilər. Həmçinin bəzən uşaqlarda müxtəlif iltihabi proseslər olur, belə vəziyyətlərdə çöpçünün müdaxiləsi o zonada infeksiyanın yayılmasına gətirib çıxara bilər. Buna görə çöpçüyə yox, həkimə müraciət etmək daha məqsədəuyğundur”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO