ÜST-dən kovidlə bağlı HƏYƏCAN TƏBİLİ

ÜST-dən kovidlə bağlı HƏYƏCAN TƏBİLİ

Hazırda oxunan: ÜST-dən kovidlə bağlı HƏYƏCAN TƏBİLİ

45803

Ümumdünya Səhiyyə Təşkilatı həftəlik hesabatında bildirib ki, Avropada COVID-19-dan ölümlər 10% artıb.

Bizim.Media xəbər verir ki, hesabata əsasən, 2021-ci ilin 1-7 noyabr həftəsi ərzində dünyada yoluxmalarda 1% artım müşahidə edilib və 3,1 milyondan bir qədər çox yeni yoluxma halı qeydə alınıb.

ÜST-nin Avropa Regional Ofisi isə əvvəlki həftə ilə müqayisədə son həftədə yoluxmaların 7% artdığını, digər regionlar üzrə isə azalma və ya sabit tendensiyaların olduğunu bildirib.

Həmçinin, Avropada ölümlərin 10% artdığı, digər bölgələrdə isə azalma olduğu qeyd olunub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regional direktoru Hans Kluqe keçən həftə verdiyi açıqlamada Avropada yoluxma hallarının artdığı barədə xəbərdarlıq etmişdi. (Medicina.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO