Hər gün böyürtkən yemək bu XƏSTƏLİKLƏRİ SAĞALDIR

Hər gün böyürtkən yemək bu XƏSTƏLİKLƏRİ SAĞALDIR

Hazırda oxunan: Hər gün böyürtkən yemək bu XƏSTƏLİKLƏRİ SAĞALDIR

44694

Böyürtkən faydalı və müalicəvi giləmeyvədir. Bu giləmeyvə orqanik turşular, antioksidantlar və bir çox vitaminlərlə (E, PP, C, B qrupu) zəngindir.

Böyürtkən antibakterial (bakteriya əleyhinə), antiseptik (mikrob əleyhinə), həmçinin, canlandırıcı olaraq da öz təsiri var. Eyni zamanda, kapilyar damarları gücləndirir.

Bizim.Media böyürtkənin orqanizm üçün 6 faydasını sizə təqdim edir:

1. Soyuqdəymə zamanı yaxşı təsir edir

Xəstəlik zamanı hərarəti aşağı salır, ümumi vəziyyəti yüngülləşdirir, iltihabı azaldır. Sağalmanı xeyli tezləşdirir. Hətta iltihab əleyhinə xüsusiyyətlərinə görə moruqdan daha faydalıdır.  

2. Ürək əzələsini möhkəmləndirir, şişkinliyi azaldır

Ürək əzələsini tonuslaşdırır, ürəyin qanla təchiz olunmasını yaxşılaşdırır. Demək olar ki, aritmiyanı və taxikardiyanı aradan qaldırır. Arterial təzyiqini aşağı salır.

3. Damarları təmizləyir, onları daha elastik və sağlam edir

Damarları daim sağlam saxlamaq istəyirsinizsə, böyürtkən bunun üçün ən yaxşı seçimdir. Bununla yanaşı, ziyanlı vərdişlərdən imtina edin, hərəkətli olun. İmkan olduqca idmanla məşğul olun.  

4. İmmun sistemini möhkəmləndirir

5. Beyində qan dövranını yaxşılaşdırır, yaddaşı möhkəmləndirir

Böyürtkən tərkibindəki oksidlər sayəsində beyni yaxşı vəziyyətdə saxlayır və yaddaşı daha vəziyyətə salır.

6. Bir çox xroniki və xərçəng xəstəliyinin qarşısını alır

Araşdırmalar göstərir ki, böyürtkən ekstraktı xərçəng hüceyrələrinin artmasının qarşısını alır.

Bu səbəbdən mütəxəssislər bu faydalı giləmeyvəni xərçəng xəstəliyindən əziyyət çəkən insanların qidalanmasına daxil etməyi tövsiyə edirlər.  (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO