Dekabrda yeni dalğa XƏBƏRDARLIĞI – Bu peyvənd yaşlı insanlarda İMMUNİTET yaratmır - SOS

Dekabrda yeni dalğa XƏBƏRDARLIĞI – Bu peyvənd yaşlı insanlarda İMMUNİTET yaratmır - SOS

Hazırda oxunan: Dekabrda yeni dalğa XƏBƏRDARLIĞI – Bu peyvənd yaşlı insanlarda İMMUNİTET yaratmır - SOS

44594

Pandemiya ilə bağlı dünya üçün yeni təhlükə xəbərdarlıqları edilir. Belə bir xəbərdarlıqla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus çıxış edib.

O, dünya ictimaiyyətini mövcud COVID-19 pandemiyasından dərs almağa və yeni pandemiyaya hazırlaşmağa çağırıb. Tedrosun sözlərinə görə yer kürəsində yayılmasının qarşısını almaq qeyri-mümkün olan başqa bir virusun ortaya çıxması ehtimal olunur.

Baş direktor vurğulayıb ki, peyvəndlər insanların həyatını xilas etsə də, infeksiyanın ötürülməsini dayandırmır. Ona görə də hər bir ölkə bütün vasitələrdən, hazırlanmış tədbirlərdən sınaq, müalicə və vaksinlərlə birgə” istifadə etməlidir”, - deyə o, əlavə edib. 

Bundan əlavə ayrı-ayrı ölkə mütəxəsissləri dekabr ayında epidemioloji durumun daha kritik hala gələcəyini bəyan edirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Güclü dalğa XƏBƏRDARLIĞI – Peyvəndlənən Azərbaycanı nə gözləyir?


Mövzu ilə bağlı Bizim.Media-ya danışan tanınmış terapevt Rasif Bağırov deyib ki, koronavirusla və yeni dalğaların gəlməsi ilə bağlı təhlükə hər zaman qalır:

“Qonşu ölkələr demək olar ki, pandemiyadan çox böyük əziyyət çəkir. Rusiyada bir gün ərzində 40 min adam yoluxur və nə qədər insan dünyasını itirir. Buna səbəb var. Rusiyanın “Sputnik”peyvəndinin hazırlanma texnalogiyası ortaya çıxıb və məlum olub ki, tərkibi mənasız qatqıdan ibarətdir. Bir sözlə fake vaksin imiş... Halbuki əhalinin yarısından çoxu o vaksini tətbiq edib. İran və Türkiyədə də vəziyyət Rusiyadakı kimidir. Məsələ  burasındadır ki, həmin ölkələrdə geniş istifadə olunan “Sinovac” immunsistem yaratmadığına görə durum ağırlaşır.

COVID-ın trayektoriyasına görə potsovet ölkələrində də vəziyyət ürəkaçan deyil. Azərbaycanda da immun müdafiə sistemi yüksək səviyyədə qurulsa, yeni dalğalardan qorxmaq lazım deyil”. 

Həkim ölkəmizdə daha geniş istifadə olunan “Sinovac” peyvəndinin effektliyinin qanedici olmadığını dilə gətirib. Onun sözlərinə görə bu vaksinin 3 və ya 4 dozunu qəbul etmək lazımdır ki, hansısa nəticə versin:

“Çinin özünün verdiyi məlumat ondan ibarətdir ki, “Sinovac” yalnız gənclərdə immunsistem yaradır. Kimin bədənində immunsistemin yaranması gücü çoxdur, onların hələ 50 faizində bu peyvənd effektini göstərir.
 

Yaşlı insanlarda “Sinovac” ümumiyyətlə immunitet yaratmır. COVID-lə bağlı ümumi prinsiplər əsasında bu, peyvəndin tətbiqi qəbul olunub. Amma faktiki həmin vaksini qəbul etmiş insanların yenidən koronavirusa yoluxmaları ilə bağlı müraciətlər çoxdur. “Pfizer” qəbul edən xəstələr arasında isə koronavirusa yoluxma halına rast gəlməmişik”.


Rasif Bağırovun fikrincə, birinci növbədə yaşlı insanlara “Pfizer” vurmaq lazım idi:

“Mütəxəssislər onu müəyyən ediblər ki, 82 yaşında şəxsə bu peyvəndi tətbiq edən zaman 95 faiz immunitet yaradır. Belədirsə, “Sinovac”ın vurulmasna nə ehtiyac var? Üstəlik “Pfizer” qəbul etmişlər arasında ölüm faktı barədə də məlumat yayılmayıb. Artıq ABŞ-da “Pfizer” 5 yaşında uşaqlara tətbiq olunmağa başlayıb. Bu o deməkdir ki, sözügedən peyvəndin effektliyi yüksəkdir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO