Vaksinlər “AY.4.2” ştamına qarşı effektivdirmi? – TƏBİB-DƏN AÇIQLAMA 

Vaksinlər “AY.4.2” ştamına qarşı effektivdirmi? – TƏBİB-DƏN AÇIQLAMA 

Hazırda oxunan: Vaksinlər “AY.4.2” ştamına qarşı effektivdirmi? – TƏBİB-DƏN AÇIQLAMA 

42641

"Yeni mutant kimi qələmə verilən AY.4.2 ştamı əslində yeni deyil, iyulda identifikasiya olunub". 

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib. 

O bildirib ki, buna əvvəllər “delta plyus” ştamı deyilirdi:
 

MÖVZU İLƏ BAĞLI:

COVID-19-un yeni ştamı aşkarlandı - "Delta"dan daha təhlükəlidir 


“Delta plyus” ştamının əsas xüsusiyyətləri olaraq buna ikiqat mutasiya demişdik. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticisimlərə qarşı müəyyən rezistentlik göstərir”. 

A.Qurbanov söyləyib ki, COVID-19 virusları mutasiyaya meyilli virusdur. Xəstəliyin sürətlə yayılması və daha çox uşaqlarda olması, həmçinin xəstəlik simptomları, ağırlıq dərəcəsi haqqında müzakirələr aparılır və bu barədə təsdiqlənmiş elmi məlumat yoxdur:

“Onu da vurğulayım ki, istər müalicə, istər profilaktika tədbirləri eynidir. Və ən əsası ekspertlərin gəldiyi qənaət budur ki, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "delta plyus" ştamına qarşı effektivliyini qorumaqdadır”. 
 

Xatırladaq ki, bir sıra ölkələrdə, o cümlədən region ölkəsi olan Rusiyada COVID-19 virusunun yeni mutasiyası - AY.4.2 yayılmağa başlayıb. Onun hətta "delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olduğu, bir nəfərin təxminən 9 nəfəri yoluxdura bilməsi barədə məlumatlar var.


Bildirilir ki, yeni mutasiya daha çox kontakta meyllidir, onun simptomları daha qısa zaman kəsiyində özünü büruzə verir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO