Koronavirusdan sağalanlar nə yeməlidir?

Koronavirusdan sağalanlar nə yeməlidir?

Hazırda oxunan: Koronavirusdan sağalanlar nə yeməlidir?

41513

Koronavirusa yoluxmuş insanların qidalanması balanslı olmalıdır. Bu, zəifləmiş bədənin daha sürətlə sağalmasına kömək edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı tanınmış həkim Aleksandr Andreyev danışıb.

O bildirib ki, xəstəlik zamanı bədən bütün gücünü infeksiyaya qarşı mübarizəyə yönəldir:

“Buna görə də işi çətinləşdirməyə dəyməz. Bu müddət ərzində tez-tez yarım stəkan isti su için, qızardılmış və ədviyyatlı yeməklərdən, fəstfuddan imtina etmək və yalnız asan həzm olunan qidaları yemək tövsiyə olunur: süd məhsulları, qaynadılmış toyuq əti və toyuq suyu.
Eyni zamanda xəstəlikdən dərhal sonra yüksək kalorili qidalar yemək məsləhət deyil, unutmayın ki, bədən hələ zəifdir. Odur ki, pəhrizdən tədricən imtina etməlisiniz”.

Həkim gündəlik rasiona dana əti, balıq, qaraciyər, yumurta və az yağlı süd məhsulları daxil etməyi, daha çox tərəvəz və meyvə, xüsusən də qırmızı bibər və alma yeməyi məsləhət görüb. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO