Doğuş zamanı ana ölümləri niyə artıb? – QANAXMA birinci sıradadır

Doğuş zamanı ana ölümləri niyə artıb? – QANAXMA birinci sıradadır

Hazırda oxunan: Doğuş zamanı ana ölümləri niyə artıb? – QANAXMA birinci sıradadır

37237

Azərbaycanda doğuş zamanı ana ölümlərinə 4 əsas faktor səbəb olur. 

Genekoloq Rəşad Soltan Bizim.Media-ya açıqlamasında həmin faktorları sadalayıb:

1. Qanaxma

2. İnfeksiya

3. Preeklamsiya və onun ağırlaşmaları

4. Tromboembaliya - qan laxtalanması və laxta qanın damarları tutması. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ana doğuş zamanı öldü


Rəşad Soltan bildirib ki, inkişaf etmiş ölkələrdə bu faktorlar fərqli formada sıralanır: “Onlar qanaxma və infeksiya ilə yaxşı mübarizə apardıqlarına, preeklamsiya vaxtı dəqiq dioqnoz qoyduqlarına görə, qan laxtalanması birinci sıraya keçir. Çünki qan laxtalanmasının müalicəsi çətindir inkişaf etmiş ölkələr də onun öhdəsindən gələ bilmir”.

Genekoloq Azərbaycanda qanaxmanın birinci sırada olmasının təəssüf doğurduğunu deyib: 

“Qanaxma uzun müzakirə tələb edən məsələdir. Burada məsuliyyət təkcə genekoloqun üzərinə düşmür. Qan və qan tədarükü, donor mərkəzlərinin olması, reanimasiyanın yaxşı təşkil olunması - bu sistem işidir”.

Rəşad Soltan bu məsələdə adətən genekoloqların günahlandırıldığını deyərək, bunun doğru hesab etməyini qeyd edib: 

“Bir nəfəri səhlənkarlıqda günahlandırmaqla bu məsələnin həllində heç nəyə nail ola bilməyəcəyik. Qonşu Türkiyədə bu cür durumlarla bağlı xüsusi çevik briqadalar yaradılıb. Həmin briqadalar ağır durumlar yarananda yardıma gəlir, çətin əməliyyatları icra edirlər.

Azərbaycanda da sistem halında - bu cür briqadaların yaradılması, qan tədarükünün, normal reanimasiyaların təşkili ilə bu problemi aradan qaldırmaq olar”.

Qeyd edək ki, son zamanlar doğuş zamanı ana ölümlərinin artması narahatçılıq yaradıb.  Sentyabr ayının 13-də Cəlilabad Müalicə Diaqnostika Mərkəzində 2002-ci il təvəllüdlü Fatimə Həziyeva qeysəriyyə əməliyyatından sonra vəfat edib. Mərhumun yaxınları onun ölümündə həkim səhlənkarlığının olduğunu iddia edirlər.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO