Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar.
Bizim.Media Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib.
Türkiyəli professor Əhməd Ərnaz qədərindən artıq qəbul edildikdə onların səhhətdə müəyyən fəsadlar yarada biləcəyini söyləyib.
Həkim Əhməd Ərnazın sözlərinə görə, dərmandan asılı olan xəstələr sarıkökü qədərindən artıq qəbul etdikdə bu zaman qan təzyiqinin kifayət qədər aşağı düşməsi müşahidə edilə bilər.
Bundan başqa, zəncəfil və sarıkökün şəkər xəstələri üçün də müəyyən risk yarada biləcəyi bildirilib.
"Zəncəfil və sarıkök qanda sululuğu artırdığı üçün qanamanın kəsilməsinə mane olur. Buna görə xüsusən də əməliyyatdan bir həftə öncə zəncəfil və sarıkökdən imtina etmək lazımdır" – deyə həkim əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
COP29
18:42 / 14.09.2021
Zəncəfil və sarıkökün bilinməyən ZƏRƏRLƏRİ
Hazırda oxunan: Zəncəfil və sarıkökün bilinməyən ZƏRƏRLƏRİ
Hazırda oxunan: Zəncəfil və sarıkökün bilinməyən ZƏRƏRLƏRİ
36946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.