Çinlə aramızda fərq yaradan SƏBƏBLƏR – Onların yoluxma sayı bizdəki ölüm sayına bərabərdir

Çinlə aramızda fərq yaradan SƏBƏBLƏR – Onların yoluxma sayı bizdəki ölüm sayına bərabərdir

Hazırda oxunan: Çinlə aramızda fərq yaradan SƏBƏBLƏR – Onların yoluxma sayı bizdəki ölüm sayına bərabərdir

36834

Koronavirus ştammlarının tuğyan etdiyi bir vaxtda əhali sayına görə dünyaya liderlik edən Çindəki vəziyyət təəccüb doğurmaya bilmir. 

Xalq Respublikasında gündəlik yoluxma heç 50 nəfərə çatmır. Onların yoluxma sayı az qala bizdəki ölüm sayına bərabərdir. Çin rəsmiləri hətta iyul ayında koronavirusla mübarizəni başa çatdırdıqlarını açıqlayıblar.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı həkimdən çağırış – "Peyvənd problemin həlli üçün çıxış yollarından biridir” - VİDEO 


1,4 milyard əhalisi olan Çin dünyadan təcrid olunmayıb, ölkəyə gediş-gəliş davam edir, sıxlıq kifayyət qədər yüksəkdir. 

Xatırladaq ki, Azərbaycanda əhali sayı 10 milyondan bir qədər artıqdır, gündəlik yoluxma isə hazırda təqribən 3 min nəfər civarındadır.
 

Sual yaranır - ölkəmizin pandemik durumunda koronavirusun həm də “beşiyi” sayılan Çinlə kəskin fərqin yaşanmasına səbəb olan hansı amillərdir? 


Həkim-infeksionist Vüqar Cavadzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, Azərbaycanda hazırda infeksiyanın “alovlanma” mərhələsidir: 

“Yoluxmanın artmasında bir çox faktorlar rol oynayır ki, onların arasında sosial, bioloji və s. faktorlar var. Ümumi yoluxmanın 52-53 faizi Bakı şəhərinin payına düşür ki, bu da əhali sıxlığı ilə bağlıdır”.

Yoluxma sayını çoxnüfuzlu Çinlə müqayisə edən həkim hesab edir ki, bu fərq qoyulan qaydalar və onlara necə əməl edilməsi ilə bağlı yaranıb: 

“Doğrudur, Azərbaycanda prafilaktik tədbirlər həyata keçilir, insanlar da müəyyən qədər onlara əməl edir. Amma axı bizdə Çindəki qədər qaydalara əməl olunmur”.

Vüqar Cavadzadə ötən il yoluxmanın kəskin artdığı bir vaxtda Xalq Respublikasında karantin qaydalarına əməl etməyənlərin sərt cəzalandırıldığını xatırlatdı: 
 

“Bizdə isə qaydalara bir qədər humanizm prinsipi ilə yanaşılır. İnsanların yanaşmasında da fərq çoxdur, bizdə hələ də buna dırnaqarası baxanlar var”.


İnfeksionist pandemik durumda çoğrafi amillərin hər hansı bir rolunun olmadığını deyib: 

“Koronavirus üçün fərqi yoxdur – o dünyanın isti ölkələrinə də, soyuq ölkələinə də yayılır”.
Bununla belə Vüqar Cavadzadə Azərbaycanda hazırda sərt karantinin tətbiq olunmasına ehtiyac görmədiyini əlavə edib. 

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO