Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 254 yeni yoluxma faktı qeydə alınıb, 3 655 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media -ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 452 536 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 397 224 nəfər müalicə olunaraq sağalıb, 5 994 nəfər vəfat edib, aktiv xəstə sayı 49318 nəfərdir.
Yaqub Zurufçu süni tənəffüs aparatına qoşuldu, VƏZİYYƏTİ AĞIRDIR
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 753, ötən müddət ərzində isə ümumilikdə 4 608 573 test aparılıb.
Bizim.Media