Qarşıdan zökəm və soyuqdəymələrin aktual olduğu payız fəsli gəlir. Havaların soyuması pandemik duruma necə təsir edəcək? Onsuz da yüksək olan yoluxma sayının artımı gözlənilə bilərmi?
Həkim terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında bildirib ki, əslində yoluxma ilə havanın temperaturu arasında əlaqə yoxdur:
MÖVZU İLƏ BAĞLI:
HƏKİMDƏN AÇIQLAMA - “Vaksinin sonsuzluğa və ya hamiləliyə mənfi təsiri ola bilməz” - VİDEO
“Amma bədənə daxil olan hər hansı bir antigen – yəni virus soyuqdəymə zamanı aktivləşə bilir. Viruslar aktivləşən zaman isə xəstəlik törədir. Ona görə də soyuq havalarda xəstəliyin çoxalacağı ehtimal doğrudur”.
Rasif Bağırov qeyd edib ki, digər tərəfdən isə soyuq havalarda insanların daha çox qapalı məkanlarda olması virusun yayılması üçün şərait yaradır:
“İctimai nəqliyyatda sıxlıq yaranarsa, insanların bir-birinə daha yaxın dayanması da yoluxmanın artması üçün potensial mühit yaratmış olacaq”.
Terapevt tövsiyyə edib ki, xəstəlik hallarının artmaması üçün soyuqdəymə, yelçəkər kimi durumlardan qorunmaq lazımdır: “Maska isə ağızdan düşməsin”.
Xatirə Nəsirli, Bizim.Media