ÜST: ''Koronavirusu evdə müalicə etməyin!''

ÜST: ''Koronavirusu evdə müalicə etməyin!''

Hazırda oxunan: ÜST: ''Koronavirusu evdə müalicə etməyin!''

3509

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi koronavirus xəstələrinə müraciət etdi.

Bizim.Media ÜST-ün Azərbaycan nümayəndəliyinə istinadən xəbər verir ki, xəstələrin evdə özlərini müalicə etməsi təhlükəli vəziyyət yaradır:

“COVİD-19 xəstəliyinin özəl bir müalicəsi yoxdur. Xəstələrə hərarəti olduqda qızdırma əleyhinə dərmanlar, ağırlaşmalara görə digər preparatlar verilir. Qanda oksigen saturasiyası aşağı düşdükdə, oksigen dəstəyi göstərilir''.

''Yanaşı gedən xəstəliklər varsa, onların müalicəsi həyata keçirilir. Xəstələr bütün bunları özləri edə bilməz və ağır nəticələrə gətirib çıxarır”.

Özbaşına müalicənin sonuçlarının daha ağır olduğunu qeyd edən ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı həmçinin xəstəliyi yüngül keçirən pasiyentlərin xəstəxanaya getməməsinin evdəki digər insanları təhlükəyə atdığını vurğulayır:

“Digər insanların da taleyini düşünmək vacibdir, onlar yüksək yoluxma risk qrupundadırlar” – deyə bildirilir.

Təranə Mirzəyeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO