Hansı ağır xəstəliklər peyvəndə əks göstəriş deyil? - AÇIQLANDI

Hansı ağır xəstəliklər peyvəndə əks göstəriş deyil? - AÇIQLANDI

Hazırda oxunan: Hansı ağır xəstəliklər peyvəndə əks göstəriş deyil? - AÇIQLANDI

34008

Ürək damar, şəkər, xərçəng xəstəliklərinin ən ağır formalarından, allergiyanın bütün növlərindən əziyyət çəkənlər ilkin peyvənd olunmalı olan şəxslərdir.

Bizim.Media xəbər verir ki, bunu Təhsil Nazirliyinin rəsmi saytında təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda millət vəkili Rəşad Mahmudov deyib. 

O, qeyd olunan xəstəliklərin koronavirus peyvəndinə əks göstəriş olmadığını əlavə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə 35 min təhsil işçisinin əks göstəriş sənədləri ilə müraciət etdiyini bildirib. 

O, bu sayın azalacağına ümid etdiyini vurğulayıb.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO