Çox oturmaq babasil yaratmır – HƏKİMDƏN AÇIQLAMA

Çox oturmaq babasil yaratmır – HƏKİMDƏN AÇIQLAMA

Hazırda oxunan: Çox oturmaq babasil yaratmır – HƏKİMDƏN AÇIQLAMA

33942

“Hemoroid xəstəliyi insanların böyük əksəriyyətində rast gəlinən xəstəlikdir. 

Bu xəstəliyin müalicəsində xəstənin prosesdə iştirakı böyük əhəmiyyət daşıyır. Əvvəla, bəzi səhv pəhriz və tualet vərdişlərini düzəltməliyik”. 

Bizim.Media xəbər verir ki, buz sözləri türkiyəli professor Bülent Menteşin deyib. 

Həkimin sözlərinə görə bu xəstəlikdən əziyyət çəkənlər,zeytun yağı, tərəvəz və balıq əsasında pəhriz saxlamalıdır.  
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı həkimdən çağırış – "Peyvənd problemin həlli üçün çıxış yollarından biridir” - VİDEO 


“Xəstələr mütləq gündə bir dəfə evdə, eyni zamanda səhər tualetə getməlidirlər. Tualetdən sonra duşa girərək isti su ilə yuyunmalıdırlar. Bütün bunlara baxmayaraq, xəstəlik meydana gəldikdə, mümkün qədər qeyri-cərrahi müalicə ilə həll yollarını tapmalıyıq. 

Professor əlavə edib ki, bu xəstəliyin yayılma trayektoriası qadın və kişilərdə bərabərdir.
 

Lakin son zamanlar xüsusilə gənc yaşlarda olan şəxslərdə özünü biruzə verir. Bununda səbəbi vaxtlı-vaxtında qidalanmamaq, stres altında yaşama kimi təsirlərdən irəli gəlir. 


"Uzun müddət oturmaq hemoroidə səbəb olmur" 

Doktor, xüsusilə xalq arasında məşhur olan uzun müddət oturmağın bu xəstəliyi yaratdığına dair fikirlərin doğru olmadığını bildirib. Bununla doğruluğu ilə bağlı təsdiqini tapan heç bir elmi araşdırma yoxdur.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO