“Üçüncü dalğa AĞIR gəlib” – Həkimdən Operativ Qərargaha TƏKLİF

“Üçüncü dalğa AĞIR gəlib” – Həkimdən Operativ Qərargaha TƏKLİF

Hazırda oxunan: “Üçüncü dalğa AĞIR gəlib” – Həkimdən Operativ Qərargaha TƏKLİF

33903

“Azərbaycanda hökm sürən koronavirusun üçüncü dalğası birinici və ikinci dalğalardan daha ağır keçir”.

Bunu Bizim.Media-ya açıqlamasında həkim terapeft Rasif Bağırov dedi: 

“Doğrudur, xəstəliyi yüngül keçirənlər də var, amma yoluxanlar arasında xəstəliyi ağır keçirən cavan insanlara da rast gəlinir. Bu da virusun ştammları ilə bağlıdır. İnsanların immun sistemlərindən asılı olaraq müxtəlif ştamlar özünü fərqli şəkildə göstərir”. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı həkimdən çağırış – "Peyvənd problemin həlli üçün çıxış yollarından biridir” - VİDEO 


Həkim terapeft həyacan təbili çalaraq bildirdi ki, qaydalara əməl edilməsə, ölüm sayı çoxalacaq: 

“Mən Operativ Qərargaha təkilif edərdim ki, heç olmasa qapalı məkanlarda maska qadağasına ciddi nəzarət mexanizmi tətbiq etsinlər. Bu olarsa, SMS tətbiqinə-filana getmək lazım deyil. Oturub gözləmək lazım deyil ki, yoluxma həddindən artıq yüksəlsin, ondan sonra kəskin məhdudiyyətlərə gedilsin. İndi istənilən avtobusa baxsaq, görərik ki, sərnişinlərin bir-biri ilə “ağız-ağıza”- dır, heç birinin də maskası yoxdur. Elə dalğanı bu yaradır da. Hesab edirəm ki, yalnız qapalı məkanlarda maska məsələsində əvvəlki qaydada əməl edilsə, bu COVID-in xeyli azalmasına səbəb olar”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO