Gündəlik yoluxma və ölüm sayı SÜRƏTLƏNİR – İnsanlar niyə narahat deyil?

Gündəlik yoluxma və ölüm sayı SÜRƏTLƏNİR – İnsanlar niyə narahat deyil?

Hazırda oxunan: Gündəlik yoluxma və ölüm sayı SÜRƏTLƏNİR – İnsanlar niyə narahat deyil?

0:00
0:00
33874

Gündəlik yoluxma sayı 3000-4000, ölüm sayı isə 20-27 nəfər. Son günlərin statistikası təhlükəli tendensiyadan xəbər versə də, Azərbaycanda bu sanki adi qarşılanır. 

Əgər ötən il koronavirusla bağlı söhbətlər evlərdə, ictimai nəqliyyatda, parklarda, küçələrdə eşidilir, əhalidə təşviş hiss olunurdusa, indi hər kəs bunu rahat qarşılayır. Belə demək olarsa, hərə öz işindədir.

Bu psixoloji durum hansı faktorla izah edilir?   

Psixoloq Tariel Faziloğlu Bizim.Media-ya açıqlamasında bildirdi ki, burada insanlarda verilən məlumatlara inamın olmaması birinci faktordur: 

“Digər tərəfdən isə psixologiyada duyarsızlaşdırma deyilən bir termin var. İnsanlar ilk dəfə bir hadisəyə qorxu ilə reaksiya verdikdən sonra, bu qorxu faktoru onlarda duyarsızlaşdırma yaradır. İnsanlar artıq onu qəbul edir, ona alışırlar. Anormal qəbul etdiyimiz bir məqam sonra həyat rutininə çevirilir. Koronavirus məsələsinin də iki ildən artıq davam etməsi, insanlarda duyarsızlaşdırmadan yaranan bir rahatlıq yaradıb”.
 

MÖVZU İLƏ BAĞLI:

Koronavirus sonsuzluğa səbəb olur? – Alimlərdən YENİ İDDİA 


Psixoloq qeyd etdi ki, belə bir psixoloji durumda olan insanları “qapanma olacaq” kimi xəbərdarlıqlarla qorxutmaq mümkün deyil: 

“Əksinə, bu cür xəbərdarlıqlar aqressiv qarşılanacaq. Çünki insanlar normal həyat rutini kimi gördüyü bir şeyin üzərində diskomforsiya istəməyəcəklər”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO