Yediyimiz qidalar ömür müddətimizə necə təsir edir? – SİYAHI 

Yediyimiz qidalar ömür müddətimizə necə təsir edir? – SİYAHI 

Hazırda oxunan: Yediyimiz qidalar ömür müddətimizə necə təsir edir? – SİYAHI 

33806

ABŞ-ın Miçiqan Universitetinin alimləri yediyimiz qidaların yaşam müddətimiziə necə təsir etdiyini göstərən araşdırma aparıblar. 

Bizim.Media xarici KİV-lərə istinadən xəbər verir ki, rasionumuzdakı bəzi məhsullar ömrümüzü uzatdığı halda, bəziləri daha da qısaldır.  

Belə ki, bir sosiska yemək həyatımızdan 36 dəqiqə, “Coca-cola” isə 12,5 dəqiqə alır. Qırmızı ət yemək də uzun ömür sürmək istəyənlər üçün məsləhət görülmür. 

Lakin “100 yaşamaq” istəyənlər üçün də faydalı qidaların sayı heç də az deyil. Belə ki, bir porsiya qoz-fındıq həyat müddətimizə 26 dəqiqə, somon balığı isə 16 dəqiqə əlavə edir. 

Bundan əlavə, paxlalı bitkilər, meyvə və tərəvəzlər də faydalı məhsullar sırasına aid edilir. 

Ümumilikdə isə mütəxəssislər uzun ömür sürmək istəyən insanların qida rasionunda balıq və bitkilərə daha çox yer verməli olduqlarını bildirirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO