Siqaret antiteli aşağı salır – HƏKİMDƏN AÇIQLAMA 

Siqaret antiteli aşağı salır – HƏKİMDƏN AÇIQLAMA 

Hazırda oxunan: Siqaret antiteli aşağı salır – HƏKİMDƏN AÇIQLAMA 

0:00
0:00
32706

Yapon alimləri "Pfizer" peyvəndi vurulanlarda siqaret çəkmə və antitel səviyyəsi arasında əlaqə aşkar ediblər. 

Bizim.Media xəbər verir ki, bu, barədə "MedRxiv" portalında araşdırma nəşr edilib. 

Yapon alimləri "SARS-CoV-2"-ə qarşı qoruyucu antitel titrlərini ölçmək üçün "Pfizer" peyvəndinin ikinci komponenti ilə vaksin olunan 378 tibb işçisindən üç ay sonra (255 - qadın, 123 - kişi) qan götürüblər. Təhlil zamanı xəstəlik tarixi, yaş və pis vərdişlər haqqında məlumatlar nəzərə alınıb. 

Tədqiqatçılar daha sonra heç vaxt tütün məmulatı istifadə etməyən könüllülərin və siqaret çəkənlərin nümunələrini müqayisə ediblər.

Məlum olub ki, cinsindən asılı olmayaraq, birinci qrupun qanındakı antitel konsentrasiyası normadan 140-250 vahid aşağı düşüb. 

İmmunoloqların fikrincə, siqareti buraxmaq vaksinin fərdi effektivliyini yaxşılaşdıra bilər. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO