“Pfizer”-in saxlanma qaydası və müddəti AÇIQLANDI 

“Pfizer”-in saxlanma qaydası və müddəti AÇIQLANDI 

Hazırda oxunan: “Pfizer”-in saxlanma qaydası və müddəti AÇIQLANDI 

32567

“Azərbaycan "Pfizer" vaksinini mayın 31-də qəbul edib”. 

Bizim.Media xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev dərman təhlükəsizliyi və farmakonəzarət mövzusunda sualları cavablandırarkən bildirib. 

Onun sözlərinə görə, bu vaksin ilkin olaraq mənfi 60-80 dərəcə temperaturda saxlanılmalıdır: 

“Bu halda “Pfizer” vaksini 6 ay saxlanıla bilir. Amma daha sonra açıqlandı ki, 2-8 dərəcə temperaturda 31 gün saxlamaq olar, bu, ÜST, Avropa Dərman Agentliyi və “Pfizer” şirkəti tərəfindən də rəsmi təsdiqləndi. Həmin vaksini mərkəzi anbarda mənfi 60-80 dərəcə temperaturda saxlamaq olar, tibb məntəqələrinə isə çatdırıb 2-8 dərəcə temperaturda saxlamaq mümkündür”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO