DİQQƏT! Koronavirusun yeni ştamlarında burun axması olur - SİMPTOMLAR

DİQQƏT! Koronavirusun yeni ştamlarında burun axması olur - SİMPTOMLAR

Hazırda oxunan: DİQQƏT! Koronavirusun yeni ştamlarında burun axması olur - SİMPTOMLAR

31992

“Yeni ştamlar öz klinik və digər çalarlığı ilə əvvəlkilərdən müəyyən qədər fərqlənir. Müşahidələr göstərir ki, delta ştammı klassik ştammdan iki dəfə çox yoluxucu olmaqla yanaşı daha qısa müddətli gizli dövrdən sonra özünü biruzə verir”.

Bizim.Media Səhiyyə Nazirliyinin saytına istinadla xəbər verir ki, bunu baş infeksionisti Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, xüsusən də xəstəliyin ilkin başlanğıc əlamətlərində fərqlər hiss edilir: 

“Yəni, bu variantla xəstələnmə zamanı hərarətin daha çox yüksəlməsi ilə yanaşı burun axması, boğazda ağrı, baş ağrısı, ürəkbulanma, qusma, ishal kimi digər əlamətlərə rast gəlinir. Bu, insanları bir qədər çaşdırır. Onlarda adi soyuqlama və ya yüngül keçən digər respirator virusların olması təəssüratını yaradır. Nəticədə, buna əhəmiyyət verilmir, həkimə daha gec müraciət olunur. Qeyd olunur ki, xəstələrin müəyyən qismində virus yükü daha yüksək olur, vəziyyətin qəfil pisləşməsi daha tez-birinci həftədə baş verir. Ancaq sonrakı gedişat, xüsusən də fəsad və ağırlaşmalar eynilik təşkil edir. Ümumilikdə, bu variantın daha ağır keçməsi haqda mülahizələr olsa da bunlar hələlik tam sübutlu sayılmır. Ancaq qeyd olunan fərqlər əsasında pasiyentdə məhz delta ştammının olmasını təsdiqləmək olmaz. Bunun üçün xüsusi laborator müayinələr mövcuddur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO