Dünyada nə qədər insan PEYVƏNDLƏNİB? - RƏQƏMLƏR

Dünyada nə qədər insan PEYVƏNDLƏNİB? - RƏQƏMLƏR

Hazırda oxunan: Dünyada nə qədər insan PEYVƏNDLƏNİB? - RƏQƏMLƏR

31746

Dünya üzrə 4 milyard 430 milyon doz koronavirus vaksini vurulub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Ourworldindata.org”da yer alıb. Çin 1 milyard 770 milyon dozla ən çox vaksin vurulan ölkələr arasında liderlik edir. 

Çini 506 milyon 810 min ilə Hindistan, 350 milyon 630 min ilə ABŞ, 151 milyon 710 min ilə Braziliya, 99 milyon 650 min ilə Yaponiya, 94 milyon 680 min ilə Almaniya, 86 milyon 210 min ilə İngiltərə, 76 milyon 470 min ilə Fransa, 76 milyon 64 min ilə Türkiyə, 73 milyon 150 min ilə İndoneziya, 71 milyon 650 min ilə Meksika, 71 milyon 420 min ilə İtaliya, 65 milyon 890 min ilə Rusiya və 58 milyon 540 min ilə İspaniya təqib edib.
 

MÖVZU İLƏ BAĞLI:

Vaksinlər BAHALAŞDI – Azərbaycanda PEYVƏND BÖHRANI yaşanacaqmı?


Dünya üzrə 203 milyon 106 min nəfər koronavirusa yoluxub, virus səbəbindən 4 milyon 303 mindən çox insan ölüb.

Azərbaycanda isə 5 milyon 370 min 768 nəfər peyvənd olunub. Onlardan 3 milyon 129 min 512 nəfəri birinci, 2 milyon 241 min 256 nəfəri isə ikinci doza vaksin olunublar.

Bu günə qədər Azərbaycanda 350 min 605 nəfər koronavirusa yoluxub. Ümumi ölənlərin sayı 5056 nəfərdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO