3-cü peyvəndi vurdurmalıyıqmı? – Alimlərdən SON AÇIQLAMA 

3-cü peyvəndi vurdurmalıyıqmı? – Alimlərdən SON AÇIQLAMA 

Hazırda oxunan: 3-cü peyvəndi vurdurmalıyıqmı? – Alimlərdən SON AÇIQLAMA 

29245

Son həftələrdə koronavirusla bağlı ən önəmli müzakirə mövzularından biri də 3-cü doz vaksinin qəbulunun vacib olub-olmaması idi. Lakin aparılan tədqiqatlar bu suala aydınlıq gətirib.

İngiltərənin Stenford Universitetində aparılan araşdırmalarda “Covid-19” əleyhinə peyvəndlərin virusa qarşı neçə dozada effektiv olduğu müəyyənləşdirilib.

Bizim.Media xəbər verir ki, Universitet tərəfindən dərc olunan məqalədə bu haqda məlumatlar öz əksini tapıb.

Tədqiqatların nəticəsində orqanizmin koronavirusa qarşı müqavimət göstərə bilməsi üçün müxtəlif vaksinlərə fərqli doza sayları uyğun görülüb.

Belə ki, “Pfizer-Biontech” və “Moderna” kimi peyvəndlər 2 dozda yetərli fayda verdiyi halda, sözügedən say “Sinovac” üçün 3-ə bərabər olub.

Qeyd edək ki, daha əvvəl “Sinovac” şirkətinin rəsmiləri də 3-cü doz peyvənd qəbulunu tövsiyə edib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO