“Pfizer” peyvəndi qadınların SİNƏSİNİ böyüdür - Alimlər TƏSDİQLƏDİ

“Pfizer” peyvəndi qadınların SİNƏSİNİ böyüdür - Alimlər TƏSDİQLƏDİ

Hazırda oxunan: “Pfizer” peyvəndi qadınların SİNƏSİNİ böyüdür - Alimlər TƏSDİQLƏDİ

28090

 Pfizer-BioNTech peyvəndindən istifadədən sonra qadınlarda qəribə yan təsirlərin baş verdiyi ortaya çıxıb.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Norveçli qadınların iddiasına görə peyvəndlənəndən sonra sinələri böyüməyə başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Bu uşaqlara COVİD-19 peyvəndi vurula bilər” - Baş pediatr


Sosial mediada paylaşım edən 17 yaşlı Norveçli Emmanın sözlərinə görə peyvənd prosedurundan iki həftə sonra döşləri böyüyüb. Emmanın bu şərhindən sonra digər qadınlar da bənzər hal yaşadıqlarını ifadə ediblər.  

Mütəxəssislər qadınları narahat olmamağa çağırıb. Həkim Doktor Heinriç Bakman peyvənd vurulduqda limfa düyünlərinin böyüməsinin müvəqqəti müddət yaşana biləcəyini, bu səbəbdən sinənin böyümüş kimi göründüyünü izah edib.

Norveç Dərmanlar Agentliyindən Steinar Madsen də Bakmanla razılaşaraq peyvəndlənən qadınların təxminən 10 faizində qoltuq altındakı limfa düyünlərinin böyüdüyünü qeyd edib. Bu səbəbdən sinə bir qədər çıxır və böyüdüyü görünür.

“Pfizer”in Norveç nümayəndəliyi əvvəllər bu cür hadisələrin ola biləcəyini gizlətməyib.

Qeyd edək ki, Azərbaycanda da bir aydan çoxdur ki, “Pfizer” petvəndi tətbiq olunur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO