"İmmunitet sertifikatı olanlara xatırlatma dozası vurulacaq" - Ramin Bayramlı 

Hazırda oxunan: "İmmunitet sertifikatı olanlara xatırlatma dozası vurulacaq" - Ramin Bayramlı 

27072

“Vaksin sertifikatının etibarlılıq müddəti ilə bağlı qərarları dəqiqləşdirəcəyik”.

Bizim.Media xəər verir ki, bunu APA-ya açıqlamasında TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, 3 aydan sonra immunitet sertifikatı olanlar vaksinasiya üçün dəvət ediləcək:

“Onları dəvət edəcəyik ki, xatırlatma dozası dediyimiz dozanı qəbul etsinlər. Bunda məqsəd xəstəlik keçirənlərdə yaranan hüceyrələrin davamlı olmasını təmin etməkdir. Gələcəkdə bu peyvəndin ildə bir dəfə, ya 6 aydan bir, ya da 2-3 ildən bir vurulacağı müəyyənləşəcək. Ola bilsin ki, mutasiya nəticəsində virus tamamilə zəiflədi və pandemiya səviyyəsindən çıxdı. Bu halda yalnız risk qruplarına vaksin tətbiq oluna bilər. Risk qrupuna daxil olanlar isə səhiyyə işçiləri və əsasən ürək xəstəliyi olan şəxslərdir. Ona görə elmi analitik məlumatları izləməli, onların nəticəsinə əsasən qərarlar verməliyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO