Uşaqlar peyvənd olunsa... - Ekspert fəsadlarını AÇIQLADI

Uşaqlar peyvənd olunsa... - Ekspert fəsadlarını AÇIQLADI

Hazırda oxunan: Uşaqlar peyvənd olunsa... - Ekspert fəsadlarını AÇIQLADI

26970

Artıq Azərbaycanda uşaqların COVID-19 əleyhinə vaksinasiyaya cəlb olunacağı müzakirə olunur.

Xatırladaq ki, hələ yanvar ayında ölkəmizdə vaksinasiya tətbiq olunmağa başlanan zaman TƏBİB-dən uşaqların peyvənd olunmasının tövsiyyə edilməməsi barədə rəsmi açıqlama verildi. Səbəb olaraq isə bu istiqamətdə hələ yetərli tədqiqat aparılmadığı bildirildi. 

İndi Çinin "SİNOVAC" şirkətindən şirkətin istehsal etdiyi yeni koronavirus peyvəndinin 3-17 yaş qrupunda tətbiq oluna biləcəyi açıqlanıb. Bundan az müddət keçdikdən sonra isə Azərbaycanda da uşaqların peyvənd olunacağı barədə iddialar səslənir.  
 

MÖVZU İLƏ BAĞLI:

Ramin Bayramlıdan vaksinlə bağlı vətəndaşları narahat edən suallara CAVAB 


Qeyd edək ki,  artıq Avropa ölkələrində uşaqların vaksinasiya cəlb olunduğu bildirilir. Hətta bəzi ölkələrdə peyvənd olunmayanların məktəb və baxçalara getməsinin qadağan edildiyi haqda xəbərlər yayılır.

Yetgin insanların COVID-19 əleyhinə peyvənd olunması ilə bağlı şübhə və tərəddüdlər olduğu halda vaksinasiyanın 12 yaş həddinə qədər endirilməsinə ehtiyac varmı?

Həkim terapeft Rasif Bağırov Bizim.Media-ya açıqlamasında uşaqların peyvənd olunmasını tövsiyyə etmədiyini bildirib: 

“12 yaşlı uşaqlar bu xəstəliyi qrip kimi, 3-5 günlük keçirirlər, ötüb keçir, hansısa bir fəsad vermir. Yüngül keçdiyinə, ölüm halları baş vermədiyinə görə, uşaqlar peyvəndlənməyə də bilər”.

Bununla belə o əlavə edib ki, ümumilikdə 12 yaşdan yuxarı uşaqlar peyvənd oluna bilər: 

“Onların vaksinasiya edilməsində də bir problem yoxdur. Digər yoluxucu xəstəliklərlə bağlı da uşaqlar vaksinasiya edilir. İmmun sistemi 12 yaşdan sonra inkişaf edir. Bu xəstəliyə də çox zaman immun sistemi inkişaf edən şəxslər yoluxur. Balaca uşaqlarda virus orqanizmə daxil olduğu zaman tez xaric olunur və problem yaratmır”.

Terapeft bildirib ki, şəxsi təcrübəsində uşaqlarda COVID-19-a yoluxma hallarına çox az rast gəlib: 

“Orta yaş həddində olan və yaşlı insanlarda vaksinasiyanın tətbiqi daha doğrudur”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO