Azərbaycanda QİÇS-lə bağlı SON VƏZİYYƏT -

Azərbaycanda QİÇS-lə bağlı SON VƏZİYYƏT - "Analardan uşağa...”

Hazırda oxunan: Azərbaycanda QİÇS-lə bağlı SON VƏZİYYƏT - "Analardan uşağa...”

24390

Videokonfrans formatında BMT Baş Assambleyasının İİV/QİÇS üzrə yüksək səviyyəli iclası keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə ölkəmizi nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev təmsil edib.

Çıxışında Teymur Musayev Azərbaycanın İİV/QİÇS-lə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasında olduğunu vurğulayıb:

" 2006-cı ildən etibarən, İİV-lə mübarizədə milli strateji istiqamətlərin qorunub saxlanılması üçün UNAIDS/WHO-nun dəstəyi ilə respublikada hər 5 ildə Nazirlər Kabinetinin “İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqram”ları qəbul olunur. Hazırda 2021-2025-ci illər üçün növbəti Dövlət Proqramı təsdiqləmə mərhələsindədir. Hədəflərin 95-95-95-ə çatması, damğalanma və ayrı-seçkilik hallarının aradan qaldırılması, habelə zərərin azaldılması proqramlarının daha da genişləndirilməsi üçün tədbirlər proqramına daxildir.

COVID-19 pandemiyasının, İİV-lə mübarizə planlı tədbirləri daxil olmaqla, həyatın bütün sahələrinə mənfi təsiri məsələsinə toxunan Teymur Musayev, sərt karantin rejiminin və digər məhdudiyyətlərin gözlənilən 90-90-90 hədəfinə çatmaq nəticəsinə mənfi təsir göstərdiyini təəssüflə qeyd etdi:

"Buna baxmayaraq, ölkəmizin İİV-in analardan uşağa analardan uşaq yoluxması baxımından müsbət bir tendensiya var və 2015-ci ildən bəri İİV-in şaquli yolla yoluxma halı qeydə alınmayıb. Zamanında qəbul edilən qərarlar, COVID-19 pandemiyasının ağır şərtlərində ARV terapiyasının davamlılığını və mövcudluğunu, Vərəm/HİV, narkoloji/HİV xidmətləri sahəsindəki xidmətlərin inteqrasiyasını təmin etdi”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO