Azərbaycana “Sputnik V” peyvəndinin növbəti partiyası gətirildi

Azərbaycana “Sputnik V” peyvəndinin növbəti partiyası gətirildi

Hazırda oxunan: Azərbaycana “Sputnik V” peyvəndinin növbəti partiyası gətirildi

24322

Azərbaycana Rusiya istehsalı olan “Sputnik V” peyvəndinin növbəti partiyası gətirilib. 

Bizim.Media xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rusiyadan Azərbaycana ümumilikdə 80 min doza “Sputnik V” vaksini çatdırılıb. 

Qeyd edək ki, martın 11-də Baş nazir Əli Əsədov 300 min doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb. 

Xatırladaq ki, mayın 2-də Rusiyadan Azərbaycana “Sputnik V” vaksininin 40 min doza peyvənddən ibarət ilk partiyası gətirilmişdi. 

Azərbaycanda “Sputnik V” vaksininin istifadəsinə isə mayın 18-dən başlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO