İnsanın sağlam olduğunu göstərən - 10 göstərici və analizlər

İnsanın sağlam olduğunu göstərən - 10 göstərici və analizlər

Hazırda oxunan: İnsanın sağlam olduğunu göstərən - 10 göstərici və analizlər

23581

Mütəxəssislər daim xəstəliklərin əalmətlərini sadalayır. Amma bu dəfə sağlam insanda orqanizmin 10 əsas göstəricisini bildiriblər. Əgər sağlam olub-olmadığınızı bilmək istəyirsizsə, bu göstəricilər sizdə qaydasında olmalıdır: 

Yox əgər göstəricilər belə deyilsə, deməli, sağlamlığıızla məşğul olmalısız: 

Bizim.Media həmin göstəriciləri təqdim edir. 

İnsan orqanizminin 12 əsas sistemi var: məsələn həzm, tənəffüs, qan, endokrin və s. Onların hər biri vacibdir. Hər birinin norma göstəricisi var. 

1. Arterial təzyiq 

Sağlamlığın birinci vacib göstəricisidir. Normada 120-80 olmalıdır. Təzyiqdə dəyişmə qan damar və sinir sisteminin pozulmasının birinci əlamətidir. 130/90-a qədər müasir dövrdə normal hesab etmək olar. 

2.Tənəffüs hərəkətlərinin sayı

Bir dəqiqədə sağlam insan 12-18 dəfə nəfəs alıb verməlidir. Bir tənəffüs hərəkəti bir dəfə nəfəs alıb-vermə sayılır. Bundan az və ya çox say tənəffüs sistemində problemləri göstərir. Bu da oksigen aclığıdır. 

3. Nəbz, ürək ritminin sayı

Dəqiqədə 75-80 normadır. Bu optimal tezlikdir. Bu göstərici qanda oksigenin dövr sürətini göstərir. Ürək döyüntüsünü normadan az və çox olması problemdir. 

4. Qanda hemoqlobin

Qadınlarda 120-140, kişilərdə 140-160 mmol olmalıdır. Bu rəqəmlər orqanizmdə oksigenin miqdarını göstərir. Qanda hemoqlobin düşdükdə, tənəffüs tezləşir. Təngnəfəslik yaranır. Bununla da ürək-damar sistemi pozulur. Bu göstəricinin az olması qanazlığı, anemiyadır. Yəni bu orqanizm ciddi oksigen aclığı keçirir 

5. Bilirubin

Qanın toksikliyini göstərir. Hər gün orqanizmdə minlərlə eritrosit hüceyrəsi ölür. Bunlar bilirubin səviyyəsində özünü göstərir. Normada bir litr qanda 21 mikromol olmalıdır. Əgər bu norma pozulubsa, deməli, həzm sistemi, qaraciyər, bağırsaq normal işləmir. Orqanizmin özünü təmizləmə prosesi pozulub. Göstərici 26-nı keçibsə, deməli, orqanizm zəhərlənir. 

6. Sidik

Burda həm tərkib, həm miqdar vacibdir. Normada sağlam insan sutkada 1,5 litr sidik ifraz etməldir. Sağlam insanda onun rəngi açıq sarımtıl samanı rəng olur. Turşu mühiti 5,5. Sidikdə başqa heç bir yad element olmamalıdır. Əgər onda zülal, leykosit, göbələk, bakteriya tapılırsa, deməli, sidik ifrazat sistemi, böyrəklər, ümumilikdə orqanizm normal işləmir.

7. Çəki

Qarın, bel bölgəsində piylənmə ciddi təhlükədir. Siz çəkinin maksimum yol verilən həddini aşmamalısız. Xüsusən kişilər üçün piylənmə təhlükəlidir. Məsələn, 170 sm boya görə çəki həddi 60-75 kq arasındadır. 

İnsan orqan və sistemləri təbiət tərəfindən insan üçün yol verilən normada çəkiyə görə işləməyə yaradılıb, hesablanıb. Az və ya çox çəki sistemləri yükləyir. 

Abdominal piylənmə zamanı kişilərdə qadın hormonu estrogenlər artır, burdan da kişi gücü azalır. 

Kişi belinin çevrəsi 87-93 sm olmalıdır. 

8. Qanda şəkər

Norma 3,5 – 5,5 mmoldur. Bu göstərici orqanizmin operativ enerji ehtiyatını göstərir. Bu normaya cavabdeh mədəaltı vəz və endokrin sistemdir. İnsan üçün ən dəhşətli xroniki xəstəliklərdən olan diabet də məhz bu sistemin pozulmasından yaranır. Hər bir insan qanda şəkərinin miqdarını ildə 2 dəfə yoxlatmalıdır. 

9. Qanın PH göstəricisi

Turşu-qələvi mühiti. Çox insan bunu bilmir. Amma bu canlı insan ilə ölümə yaxınlaşan insanı fərqləndirən ən birinci göstəricidir. 

Kardioloqlar bunu həyatın göstəricisi adlandırır. 

Normada o 7,43 olmalıdır. 7.11-i keçən kimi ölüm baş verir. 7,41 kəskin ürək çatışmazlığında baş verir. 

Qanın PH göstəricisi sağlamlığın düsturudur. Təəssüf ki, hər şeyi yoxlatsaq da onu yoxlatmırıq. 

10. Leykositlər

Qanda leykosit göstəricisi sağlamlıq və iltihabi proseslərin, hətta onkoloji xəstəliyin də göstəricisi ola bilər. Leykositlər immun müdafiədir. Virus və bakteriyalara ilk onlar cavab verir. 

Qanda göstəricisinin kəskin artması və azalması ciddi siqnaldır: o deməkdir ki, daxildə müharibə gedir.(medicina) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO