“Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) inkişaf etmiş ölkələr Qlobal Cənub ölkələri hesabına donorlar dairəsini genişləndirməyi təklif etməklə iqlim məqsədlərinin maliyyələşdirilməsi məsuliyyətindən yayınmağa çalışıblar”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə deyib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, məsuliyyətdən yayınma kolonial nəhəngləri iqlimə ən həssas dövlətlər qarşısında öhdəliklərindən xeyli dərəcədə azad edərdi:
“Bax, bu, haqqında danışdığımız, razılaşmadığımız və əleyhinə mübarizə aparacağımız neokolonializmdir”.
Zaxarova Almaniyanın xarici işlər naziri Annalena Barbokun maliyyə yükünün başqa ölkələrin üzərinə qoyulmasını təklif edən təxribat xarakterli bəyanatlarına da münasibət bildirib:
“Hesab edirəm ki, azərbaycanlı həmkarlarımızın bəxti gətirib ki, o, 360 dərəcə dəyişim zərurəti barədə açıqlama verməyib. Yaxşı ki o, özünü bu kimi növbəti axmaq açıqlamadan saxlaya bilib”.
Bizim.Media
- A-
- A
- A+
COP29
20:41 / 27.11.2024
Zaxarova Qərbi COP29-da iqlim maliyyələşdirilməsi üzrə məsuliyyətdən yayınmada İTTİHAM ETDİ
Hazırda oxunan: Zaxarova Qərbi COP29-da iqlim maliyyələşdirilməsi üzrə məsuliyyətdən yayınmada İTTİHAM ETDİ
Hazırda oxunan: Zaxarova Qərbi COP29-da iqlim maliyyələşdirilməsi üzrə məsuliyyətdən yayınmada İTTİHAM ETDİ
222696
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.