Hindistanın COP29-da razılaşmanı pozmaq planı necə iflasa UĞRADI? – VİDEO

Hindistanın COP29-da razılaşmanı pozmaq planı necə iflasa UĞRADI? – VİDEO

Hazırda oxunan: Hindistanın COP29-da razılaşmanı pozmaq planı necə iflasa UĞRADI? – VİDEO

222272

Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iqlim maliyyələşməsinə 300 milyard dollar vəsaitin ayrılması ilə bağlı razılıq əldə olunub. 

Sözügedən razılığı əldə etmək isə elə də asan başa gəlməyib. Belə ki, Hindistan başda olmaqla bir sıra ölkələr onlara ayrılacaq iqlimə dəstəyə dair illik məbləğin 100 milyarddan 1 trilyon dollara qaldırılması kimi qeyri-real tələb qoyublar. məqsədli şəkildə tədbirin fiasko ilə bitməsinə çalışıblar.

Bizim.Media xəbər verir ki, COP29-da çıxış edən Hindistan nümayəndəsi Candini Raina da çıxışında razılaşmaya açıq şəkildə etirazını bildirib:
 

“Bu, sadəcə optik illüziyadır. Bizim fikrimizcə, bu məbləğ hamımızın üzləşdiyi böyük problemi həll etməyəcək. Buna görə də, biz bu sənədin qəbul edilməsinə qarşıyıq. Zəhmət olmasa, bu zalın kürsüsündən dediklərimizə diqqət yetirin və fikirlərimizi nəzərə alın”.


Lakin Hindistan kimi ölkələrin əks mövqe sərgiləmələrinə baxmayaraq, onların niyyəti iflasa uğrayıb. Belə ki, tərəflər illik iqlim maliyyələşməsinin 300 milyard dollara çatdırılması ilə bağlı yekun razılığa gəliblər. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO