Maksim Korolkov: “Xəzərin səviyyəsinin yüksəldilməsi üçün yeni layihə həyata keçiriləcək”

Maksim Korolkov: “Xəzərin səviyyəsinin yüksəldilməsi üçün yeni layihə həyata keçiriləcək”

Hazırda oxunan: Maksim Korolkov: “Xəzərin səviyyəsinin yüksəldilməsi üçün yeni layihə həyata keçiriləcək”

221982

“Xəzər dənizi ölkələrimiz arasında mühüm əlaqə vasitəsidir. Bu gün biz suyun səviyyəsinin dəyişməsini və bu proseslərə iqlim amillərinin təsirini müşahidə edirik. Biz ilk növbədə bu dəyişikliklərin tendensiyalarını və dinamikasını öyrənməli, həmçinin yeni şəraitə uyğunlaşmağa və onlara təsir etməyin mümkün yollarını tapmağa imkan verəcək yanaşmalar hazırlamalıyıq. 

Bu baxımdan, Xəzər dənizinin kəşfiyyatında səylərimizi birləşdirməyə yönəlmiş Bəyannamə dəstəkləndi. Bu, elmi ictimaiyyətin fəal əməkdaşlığını və monitorinq sistemlərimizin inteqrasiyasını nəzərdə tutur ki, biz ən qısa müddətdə Xəzər dənizində yeni şəraitdə birlikdə yaşamağı öyrənək”.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının yekunlarını yerli KİV-lər üçün dəyərləndirən Rusiya Federasiyasının Təbii sərvətlər və ətraf mühit nazirinin müavini Maksim Korolkov deyib. 

O qeyd edib ki, Rusiya Xəzər dənizinin ən böyük qolu olan Volqa çayının qorunub saxlanmasına və yaxşılaşdırılmasına böyük diqqət yetirir:

“Çayın vəziyyətini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuş genişmiqyaslı federal layihə həyata keçirilir. Biz təmizləyici qurğuların tikintisi, kanalların təmizlənməsi və suvarma hesabına Volqanın yükünü azaldırıq. Bütün bu tədbirlər Xəzər dənizinə axan çayın axınını artıra bilər. Bu istiqamətdə işlər 2024-cü ildən sonra da davam etdiriləcək.

Bundan əlavə, Rusiyada Volqanın əsas yer tutduğu ölkənin bütün böyük su obyektlərinin yaxşılaşdırılmasına həsr olunmuş birgə su layihəsi həyata keçirilir. Prezident Vladimir Putinin təşəbbüsü ilə Rusiyada da elmi konsorsium yaradılır. Onun məqsədi Xəzər dənizində biomüxtəliflik məsələlərini öyrənmək, dəniz səviyyəsindəki dəyişikliklərin, duzluluğun və antropogen təsirlərin təsirini təhlil etməkdir. Bu, insanların Xəzər dənizinin sahillərində necə yaşaya biləcəyini, ekosistemin yükünü azaldaraq harmoniyanı pozmadığını anlamağa imkan verəcək”.

Nazir müavini əlavə edib ki, Rusiyanın COP29-da iştirakda məqsədi, ilk növbədə, iqlimin qorunması və antropogen təsirin azaldılması sahəsində ən yaxşı dünya təcrübələri ilə tanışlıqdır: 

“Elmi və texnoloji nailiyyətlərimizin, eləcə də qanunvericilikdəki dəyişikliklərin təqdimatı Rusiyada iqlimə təsirin azaldılması, istixana qazlarının emissiyalarının azaldılması və su ehtiyatlarına qənaət istiqamətində görülən səyləri nümayiş etdirir”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO