COP29-da “Yaşıl dünya naminə inklüzivlik” mövzusunda müzakirə aparılıb - FOTO

COP29-da “Yaşıl dünya naminə inklüzivlik” mövzusunda müzakirə aparılıb - FOTO

Hazırda oxunan: COP29-da “Yaşıl dünya naminə inklüzivlik” mövzusunda müzakirə aparılıb - FOTO

221653

COP29 çərçivəsində Azərbaycan Əlil Təşkilatları İttifaqının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə inklüzivlik” mövzusunda plenar müzakirə keçirilib.

Bizim.Media xəbər verir ki, tədbiri Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Daha sonra Milli Məclisin deputatı və COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva çıxış edərək mövcud problemlərin həllində qanunvericiliyin təkmilləşdirilməsi və əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən və planlaşdırılan tədbirlər barədə fikirlərini bölüşüb.
 

Panel müzakirədə milli və beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək iqlim dəyişikliklərinin törətdiyi fəsadların əlilliyi olan şəxslərə təsiri, riskli vəziyyətlərdə xilasetmə tədbirləri, mövcud problemlərin həlli yolları və bu sahədə toplanmış təcrübə ilə bağlı geniş fikir mübadiləsi aparıblar.


Tədbirdə, həmçinin iqlim ədalətinin təmin edilməsi üçün iqlim dəyişikliklərinin doğurduğu problemlərə qarşı bütün dövlətlərin və əlilliyi olan şəxslərin təşkilatlarının birgə mübarizə aparmasının vacibliyi xüsusi vurğulanıb.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO