Türkiyənin nəqliyyat və infrastruktur naziri: “Azərbaycan COP29-a çox uğurla ev sahibliyi edir”

Türkiyənin nəqliyyat və infrastruktur naziri: “Azərbaycan COP29-a çox uğurla ev sahibliyi edir”

Hazırda oxunan: Türkiyənin nəqliyyat və infrastruktur naziri: “Azərbaycan COP29-a çox uğurla ev sahibliyi edir”

221610

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 20-də Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Türkiyə stendini ziyarət edib.

Bizim.Media xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında COP29-un dünya miqyasında böyük hadisə olduğunu söyləyib, Azərbaycanın bu tədbirə çox uğurla ev sahibliyi etdiyini deyib.
 

MÖVZU İLƏ BAĞLI:

COP29-un onuncu günü NƏLƏRLƏ yadda qaldı? - VİDEOBAĞLANTI


Abdulkadir Uraloğlu COP29-da müzakirə olunan məsələlərin vacibliyini vurğulayaraq deyib:

“Belə tədbirlər müəyyən mənada dönüş və ya başlanğıc nöqtələridir. Bu, dünyada məlumatlılığı artırmaq üçün yaxşı fürsətdir. Fikrimcə, qarşıya qoyduğumuz məqsədlərə çatacağıq”.

COP29-a böyük maraq olduğunu qeyd edən A.Uraloğlu deyib:

“Türkiyə olaraq, bu, bizi sevindirir. Lakin hər birimiz ətraf mühiti qorumaq üçün üzərimizə düşən məsuliyyəti dərk etməliyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO