COP29-da Azərbaycanın "Slow Food" təcrübəsi TƏQDİM OLUNDU

COP29-da Azərbaycanın "Slow Food" təcrübəsi TƏQDİM OLUNDU

Hazırda oxunan: COP29-da Azərbaycanın "Slow Food" təcrübəsi TƏQDİM OLUNDU

221452

Noyabrın 19-da COP29 çərçivəsində "Slow-food: Yerli aqroməhsullarla dayanıqlı turizmin inkişafı" adlı panel müzakirəsi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmidin moderatorluğu ilə keçirilən panel müzakirəsində kənd təsərrüfatı və turizmin dayanıqlı inkişafa dəstək verən əməkdaşlığı haqqında fikir mübadiləsi aparılıb.

Müzakirələrdə yerli aqrar məhsulların və ənənəvi təsərrüfat üsullarının ətraf mühitə az təsir göstərməklə dayanıqlı turizm təcrübələrinin formalaşmasında rolu haqqında danışılıb.

Tədbirdə Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin Qastronomiya şöbəsinin müdiri Səkinə Əsgərova Azərbaycanın "Slow Food" təcrübəsi ilə bağlı təqdimatla çıxış edib.

Müzakirə iştirakçıları qlobal, akademik və korporativ yanaşma ilə "Slow Food" hərəkatı və prinsiplərinin dünya turizminə inteqrasiyası, dayanıqlı aqro və qastroturizm modellərinin qurulması, yerli aqroməhsulların turizmə töhfəsi, biomüxtəliflik və onun turizmə inteqrasiyası, dayanıqlı turizmdə dövlət-özəl tərəfdaşlığı və akademik tədqiqatların rolu kimi mövzularda təcrübə və təkliflərini bölüşüblər.
 

Qeyd edək ki, COP29 çərçivəsində Mavi Zonada yerləşən Azərbaycan pavilyonunda hər gün saat 14:00-15:00-da "Slow Food" haqqında təqdimat keçirilir və qonaqlara Azərbaycanın biomüxtəliflik nümunələri əsasında hazırlanmış qastroturizm məhsulları təqdim olunur.


"Slow food" dadlı, təmiz və sosial ədalətlilik prinsiplərinə əsaslanan daha sağlam qidalanmanı təmin edən, milli və regional mətbəxlərin ənənələrini qoruyub saxlayan bir yanaşmadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO